“TurAz Qartalı-2019”da iştirak edəcək Türkiyə HHQ-nin nümayəndələri ölkəmizə gəlib - VİDEO (FOTOLAR)
Oxunub: 21454
11:34
29 Avqust 2019
“TurAz Qartalı - 2019” birgə taktiki-uçuş təlimlərində iştirak etmək üçün Türkiyə Hərbi Hava Qüvvələrinin geniş tərkibdə uçuş və mühəndis-texniki heyəti ölkəmizə gəlib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlunata görə, təlimlərə hazırlıq məqsədilə hazırda heyətlərin yerləşdirilməsi, təlimin planlaşdırılması və digər təşkilati məsələlərlə əlaqədar müvafiq tədbirlər həyata keçirilir.