Azərbaycanın hərbi orkestri “Spasskaya başnya” beynəlxalq hərbi-musiqi festivalında çıxışlarını davam etdirir - VİDEO+ FOTOLAR

2019/08/0ba33-1567008101.jpg
Oxunub: 7375     18:28     28 Avqust 2019    
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin hərbi orkestri və Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin Mahnı və Rəqs Ansamblı Moskvada keçirilən XII beynəlxalq hərbi-musiqi festivalında çıxışlarını davam etdirirlər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə,festivalın növbəti günü hərbiçilərimiz çıxışlarına əvvəlcə milli hərbi marşlarla başlayaraq Azərbaycan xalq musiqi nümunələrini də izləyicilərə nümayiş etdiriblər.

Xalq çalğı alətlərimiz - zurna və balabanın sədaları altında, milli geyimlərdə rəqsləri ifa edən hərbçilərimiz yerli və xarici tamaşaçıların rəğbətini qazanıblar.

On iki dövlətdən mindən artıq musiqiçi, vokalist və rəqqasın iştirak etdiyi festival sentyabrın 1-dək davam edəcək.







Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycandan   Hərbi+orkestr   Heydər-Əliyev  


Bizi "telegram"da izləyin