“Silahlı Qüvvələrin bir çox bölmələrində bu cür iş aparılırdı” - Alumyanın diqqətçəkən bəyanatı

2019/08/ԱAlu-1566992179.jpg
Oxunub: 30928     15:55     28 Avqust 2019    
“2008-ci ilin mart ayının 1-də baş verənlər kütləvi ixtişaşlar idi. Nümayişlər kütləvi ixtişaşlara çevrildi. Bunun ölkə təhlükəsizliyinə təhdid olub-olmamasını konstitusiyaya görə Ermənistan prezidenti qiymət verir. Bundan bir həftə öncə bəzi müxalifət xadimləri, o cümlədən Levon Ter-Petrosyan fasiləsiz olaraq, “biz mövcud hakimiyyəti kökündən sökməliyik” deyə şüarlar səsləndirirdi”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri jurnalistlərlə görüşü zamanı Ermənistanın ikinci prezidenti Robert Köçəryanın vəkili Hayk Alumyan deyib.

Onun sözlərinə görə, 2008-ci ildə “Yerkrapah” hərbi təşkilatını siyasi proseslərə çəkməyə cəhd edilib və onların böyük bir qismi silahlı olub.

“Bundan başqa Silahlı Qüvvələrdə hərbçilərin nümayişçilər tərəfə keçməsi istiqamətində iş aparılırdı və bu birbaşa görünən təhlükə deyildi. 2018-ci ildə Silahlı Qüvvələrin tam bir bölməsinin nümayişçilər tərəfinə keçdiyini gördünüz. Bu qanunla qadağandır. Baş verən hadisə öncədən aparılan işin nəticəsi idi. 2008-ci ildə olduğu kimi Silahlı Qüvvələrin bir çox bölmələrində bu cür iş aparılırdı və bu çox böyük təhlükə törədirdi. Nümayişçilərdən çoxları silahlı idi. 187 yaralı polisin böyük əksəriyyəti Molotov kokteyllərinin partladılması nəticəsində yaranan yanğın və qəlpə xəsarətləri alıb. Bu qəlpə yaraları qumbaraların partlayışından əmələ gəlib. Əgər bu ölkənin təhlükəsizliyinə təhdid deyilsə, bəs nədir? Hərbçilər və nümayişçilər arasında heç bir kontaktın olmamasına 187 polisin yaralanması, lakin heç bir hərbçinin xəsarət almaması sübutdur. Silahlı Qüvvələrdən başqa hər hansı digər hərbçi həmin gün, həmin əməliyyatların hər hansı hissəsinə cəlb edilməyib. Biz bunu qapalı məhkəmə zamanı sübut etmişik. Prokurorluq bizim dediklərimizi qəbul etdi. Bəzi birbaşa hallar var ki, mənim onları deməyə ixtiyarım yoxdur”, - deyə Alumyan bildirib.

Konstitusiya quruluşunu dağıtmağa gəldikdə isə o qeyd edib ki, cinayət məcəlləsinə belə bir fikir daxil edilib: “Bunu nəinki onlar, hətta konstitusiya məhkəməsi də dərk etməyə çətinlik çəkir. Buna görə də indi Venesiya komissiyasına müraciət edərək, həmin fikrin açıqlanmasını xahiş ediblər. Avqust ayının 29-da konstitusiya məhkəməsinin araşdırmağa başlayacağı məqam “1 Mart” cinayət işindən daha çox Köçəryana aiddir. Venesiya komissiyasında, Avropa məhkəməsində araşdırılacaq məqam isə qlobal təsirə malik olacaq”.

Erməni vəkil vurğulayır ki, iki dəfə İrəvan şəhər ümumi istansiya məhkəməsinin sədrinə müraciət edilib. Çünki heç bir qanunvericilikdə qeydiyyat prosesinin bağlı keçirilməsi göstərilməyib.

“Bundan başqa, iş üzrə ictimaiyyətin böyük marağını nəzərə alaraq, işin qeydiyyatının aparılmasını daim şübhəli hesab etdiyimizə görə, bu prosesdə jurnalistlərin və vəkillərin iştirak etməsi üçün iki dəfə vəsadət qaldırdıq. Birinci dəfə cavab göndərildi, lakin burada tamamilə başqa şeylər yazılmışdı. İkinciyə isə ümumiyyətlə hələ cavab verilməyib. İşin hakim Anna Danibekyana həvalə edilməsindən 3 gün sonra artıq o, cinayət işini icraata qəbul edib. Bu həftənin sonuna, ya növbəti həftənin əvvəlində ilk iclasın keçiriləcəyini düşünürük”, - deyə Köçəryanın vəkili sözlərinə yekun vurub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Köçəryan   1-Mart  


Bizi "telegram"da izləyin