Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Alimyan, xüsusilə də oktyabrın 2-də Ermənistan ordusunun İrəvana daxil olaraq prezident iqamətgahını qoruma faktına diqqət çəkib.
O qeyd edib ki, Ermənistan konstitusiyasının kütləvi ixtişaşların qarşısının alınmasında Silahlı Qüvvələrin tətbiq edilməsini qadağan etdiyi bir mifdir.
“Bu bir mifdir, bu gün Robert Köçəryana qarşı açılan cinayət işinin böyük bir hissəsi həmin mif üzərində qurulub. Realda konstitusiya Silahlı Qüvvələri mümkün olan mənfi nəticələrin qarşısını almaq üçün tətbiq etməyə icazə verir”, - deyə Alumyan bildirib.
Buna sübut olaraq vəkil konstitusiyanın 8.2 maddəsini misal gətirir: “Həmin maddədə qeyd olunur ki, Ermənistan Silahlı Qüvvələri Ermənistanın müdafiəsini, təhlükəsizliyini, ərazi bütövlüyünü, onun sərhədlərinin toxunulmazlığını təmin edir. Silahlı Qüvvələrin daxili nizamnaməsinə istinad edərək deyə bilərəm ki, daxili nizamnaməyə görə hərbi qulluqçular məhkəmə tərəfindən ictimaiyyət və dövlət maraqlarından irəli gələn kimi tanınmış əməliyyatlarda iştirak edə bilər. Həmin hüquqi aktın digər bir maddəsində ifadə olunur ki, Silahlı Qüvvələr silahlı şəxsə və ya şəxslərə qarşı onları başqa yolla zərərsizləşdirmək mümkün olmadığı halda tətbiq edilə bilər”.
Alumyan, həmçinin konkret nümunələr gətirərək, Levon Ter Petrosyan tərəfindən 1996-cı ildə baş verən nümayişlər zamanı Silahlı Qüvvələrin tətbiq edildiyini sübut edir. Xüsusilə oktyabrın 2-də Ermənistan ordusunun paytaxta daxil olaraq, prezident iqamətgahını müdafiə etdiyini vurğulayır.
“2008-ci ildən fərqli olaraq, 1996-cı ildə Silahlı Qüvvələr fövqaladə rejim elan edilmədən tətbiq edilib. Əgər bizim istintaq orqanlarımız və prokurorluq qoşunların daxili məqsədlərlə istifadə edilə bilməyəcəyi üzrə saxta iddialara əsaslanırlarsa, o halda niyə bütün bunlara qiymət verilmir”, - deyə Alumyan çağırış edib.
Köçəryanın vəkili erməni sakinlərə qarşı Silahlı Qüvvələrin tətbiq edilməsinə dair beynəlxalq praktikadan, o cümlədən Çin, Nepal, Hindistan, Braziliya, Böyük Britaniya və ABŞ praktikalarından bir sıra nümunələri xatırladıb.
Alpər Mövludoğlu
Ordu.az