Milli Qəhrəman Şirin Mirzəyevin oğluna vəzifə verilib

2019/08/flora-1566982979.jpg
Oxunub: 483     13:06     28 Avqust 2019    
Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov deputat Flora Qasımovanın oğlu, polis polkovniki Elsevər Mirzəyevə yeni vəzifə verib. Nazirin əmri ilə E.Mirzəyev Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinin rəis müavini vəzifəsinə təyinat alıb.

Ordu.az xəbər verir ki, deputat Flora Qasımova Azvision.az-a açıqlamasında məlumatı təsdiqləyib.

Millət vəkili oğluna göstərdiyi etimada görə, Vilayət Eyvazova təşəkkürünü bildirib:

"Cənab nazir hara təyin etsə, oğlum orada ləyaqətlə işləməlidir. Təyinatından asılı olmayaraq, hər kəs kimi, mənim oğlum da işini ləyaqətlə görməlidir".

Qeyd edək ki, E.Mirzəyev Milli Qəhrəman Şirin Mirzəyevin və deputat Flora Qasımovanın oğludur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

Milli Qəhrəman Şirin Mirzəyevin oğluna vəzifə verilib

2019/08/flora-1566982979.jpg
Oxunub: 484     13:06     28 Avqust 2019    