Rayonun Bənövşələr və Yeni Quzanlı köçkün qəsəbəsində keçirilən açılış mərasimində şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, QHT nümayəndələri və Ağdam rayon ictimaiyyəti iştirak edib.
Ordu.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, mərasimdə çıxış edən Ağdam Rayon İcra Hakimiyyəti başçısı Vaqif Həsənov və digər şəxslər görülən işin tədqirəlayiq olduğunu və bunun insanlar arasında vətənpərvərlik ruhunun daha da yüksəldilməsinə xidmət etdiyini diqqətə çatdırıblar.

Sonra hər iki bulaq kompleksinin önündə rəmzi lent kəsilərək əhalinin istifadəsinə verilib.
Xatırladaq ki, bulaq içməli su ilə təhciz olunub. Ümumilikdə 800-dən çox ailə bulaqdan istifadə edəcək. Bundan başqa, bulaq önündə Qarabağ müharibəsi zamanı xüsusi qəhrəmanlıq göstərərək canından keçmiş hərbçilərimizin şəkli və adlı siyahısı həkk edilib.

Elgün Gəncimsoy
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Ağdam
Şəhid
Bulaq