Ordu.az xəbər verir ki, bu barədə erməni KİV-lərində müəllif məqaləsi dərc olunub.
Müəllifə görə, bu günlərdə mətbuatda yayılan məlumatlara görə Paşinyan hakimiyyəti onun fəaliyyətindən narazıdır.
“Hakimiyyətdə olan mənbələr məsələ ilə bağlı bir balaca ipucu verib. Məlum olur ki, “1 Mart” işi üzrə Davtyanın davranış tərzi Baş nazir Nikol Paşinyanın xoşuna gəlmir. Xatırladaq ki, təyin edildikdən qısa vaxt sonra Davtyan mətbuat konfransı zamanı bildirib ki, orduya atəş edilməsi barədə əmr verilməyib: “Ordu atəş etməyib, yox əgər edibsə, bunu hərbi qulluqçular fərdi qaydada edib. Onlara belə bir əmr verilməyib”. Davtyan, həmçinin öz ifadəsində də hakimiyyətin oyunlarını oynamır”, - deyə müəllif Davtyanın sözlərindən stat gətirib.
Müəllif qeyd edir ki, bu siyasi hakimiyyət üçün yolverilməzdir və buna görə də, onun istefaya göndərilməsinə dair ilkin qərar qəbul edilib.
“Paşinyan bu vəzifəyə Levon Ter-Petrosyanın tərəfdarı, sabiq Müdafiə naziri Vağarşak Harutyunyanı gətirmək niyyətindədir. Yeri gəlmişkən, prezident administrasiyasının mətbuat xidmətindən Vağarşak Harutyunyanın general hərbi rütbəsinin bərpa edilməsi barədə prezident Sarkisyanın əmri elan olunarkən, bizim məqalə hələ hazır deyildi. Baş Qərargah rəisi təyin edilmək üçün “general” rütbəsi məcburidir. Harutyunyan bu rütbədən, ikinci prezident Robert Köçəryanın hakimiyyəti dövründə məhrum edilib”, - deyə müəllif sözlərini yekunlaşdırıb.
Alpər Mövludoğlu
Ordu.az