Ordu.az xəbər verir ki, bu barədə Rusiyanın Suriyada Münaqişə Tərəflərini Barışdırma Mərkəzi məlumat yayıb.
"Son sutka ərzində Suriya Ərəb Respublikasına xarici dövlətlər ərazisindən 1297 qaçqın geri dönüb. Bunlardan 398 nəfəri “Cəydəd Yəbus” və “Təl Kəlləh” sərhəd-keçid məntəqəsini keçməklə Livandan, 899 nəfəri isə “Nəsib” sərhəd-keçid məntəqəsini keçməklə İordaniya ərazisindən qayıdıb", - deyə məlumatda bildirilir.
Qaçqınların qəbulu mərkəzinin məlumatına əsasən, Suriya Silahlı Qüvvələrinin mühəndis istehkamçı birləşmələri 24 saat ərzində 2,3 hektar ərazini minalardan və partlayıcı qurğulardan təmizləyib.
Həmçinin mütəxəssislər 58 ədəd partlayıcı qurğunu məhv edib.
Sevinc Əliyeva
Ordu.az