Sarkisyan sabiq Müdafiə naziri ilə bağlı əmr verib

2019/08/214-1566895120.jpg
Oxunub: 25394     12:40     27 Avqust 2019    
Ermənistan prezidenti Armen Sarkisyanın əmri ilə sabiq Müdafiə naziri Vağarşak Harutyunyanın hərbi rütbədən məhrum edilməsi haqqında əmr öz qüvvəsini itirmiş hesab olunub.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Vağarşak Harutyunyan 2002-ci ildə Robert Köçəryanın əmri ilə “general-leytenant” ali hərbi rütbəsindən məhrum edilib.

O, 2004-cü ilin 12 aprel tarixində Konstitusiya quruluşunun dəyişdirilməsinə cəhd etməkdə ittiham edilərək azadlıqdan məhrum edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Vağarşak-Harutyunyan  


Bizi "telegram"da izləyin