Ermənistan Aysor icması məhkəmə yolu ilə ədalətə nail olmağa çalışacaq: Monastr kimə məxsusdur?

2019/07/34534-1563609271.jpg
Oxunub: 16417     11:28     28 Avqust 2019    
Erməni Apostol Kilsəsinin Ararat Patriarxal Yeparxiyası, qanunsuz olaraq aysor kilsəsinin öz idarəçiliklərinə təhvil verilməli olduğunu söyləsə də, aysorlar buna kəskin etiraz edir.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistanın Aysor icması Dimitrov kəndindəki monastırlardan biri ilə bağlı mübarizəni davam etdirir.

Aysor icması Artaşat rayonu yaxınlığında yerləşən Dimitrov kəndinin əsasını qoyub. Onlar, XIX əsrdə burada iki kilsə və bir ibadətgah tikiblər. Kilsə uğrunda mübahisə isə 2007-ci ildən yaranıb.

Yeparxiyanın keşişləri Aysor Kilsəsi Şurasının üzvlərinin yanına gedərək, Müqəddəs Astvatsatsin (Aysor dilində Məryəm Ana) kilsəsinin açarlarını tələb ediblər.

“Onlar gəlib dedilər ki, monastır erməni Apostol Kilsəsinə aiddir. Daha sonra bizdən açarları tələb etdilər”, - deyə Dimitrov kənd Aysor Kilsəsi Şurasının rəhbəri Nadejda Sadoyeva bildirib.

Bu, 12 il əvvəl baş verib. İki ay əvvəl, yaxınlıqdakı Mxçyan kəndindən olan keşiş Mikayel Nuricanyan, Müqəddəs Kirik və Müqəddəs İulita kilsələrinin açarlarını götürməli olduğunu söyləyib. Kəndlilərin dediyinə görə, o, özünü kilsəni aysorların bir konvensiyasından digərinə köçürmək üçün vasitəçi kimi təqdim edib.

“Aysorlular xristianlığın müxtəlif məzhəblərinə itaət edirlər. Bəs niyə kənar bir adam, hətta bir ruhani olsa belə müdaxilə edir? O vaxt Dimitrovun Aysor icmasını diz çökdürmək, dəyərələrini mənimsəmək istədiklərindən şübhələnməyə başladıq. Həmin vaxtda biz monastırlarımızı qorumaq məsələsini qaldırdıq” - deyə Ermənistanın Aysor təşkilatının “Xayatda” federasiyasının sədri İrina Saqardova-Qasparyan vurğulayıb.

Aysorlar icmasının nümayəndəsi İrina Saqradova-Qasparyan “Facebook” səhifəsində ümumerməni katalikosu və Ermənistan Baş naziri Nikol Paşinyana məktub ünvanlayıb. O, məktubunda aysorların məbədi ilə bağlı problemi qaldırmaqla narahatlıqlarını ifadə edib. Ümumerməni katalikosu və Paşinyana ünvanlanan məktubda, aysor kilsəsinin və məbədinin erməni keşişi tərəfindən zəbt edilməsinin qarşısının alınması məsələsində onlara kömək göstərilməsi xahiş edilir.

İyulun 18-də ünvanlanan məktuba heç bir cavab verilməyib. Buna görə də iyulun 22-dən etibarən Rusiya, ABŞ səfirliklərinə və bütün beynəlxalq Aysor təşkilatlarına müraciət ediləcəyi qeyd edilmişdi. Ermənistanda aysorlara məxsus kilsələrin zəbt edilməsi azmış kimi, həmçinin aysor xalqına aidiyyatı olan izlərin də məhv edildiyi qeyd olunur. Müraciətin yekununda əlavə olunurdu ki, Ermənistan hakimiyyəti aysor xalqına qarşı “ağ soyqırım” siyasətinin həyata keçirilməsinə imkan verir.

Daha sonra, Ermənistan Baş naziri Nikol Paşinyana və erməni katalikosuna ünvanlanan açıq məktuba Ararat patriarxiyasının dini icması cavab verib.

“Ümumerməni katalikosuna və Paşinyana ünvanlanmış açıq məktubda qaldırılan məsələlərə tutarlı cavab verilməsi üçün tarixi faktlar araşdırılır və kilsə haqqında sübutlar nəzərdən keçirilir. Dmitrovdakı kilsəyə gəldikdə isə qeyd edək ki, məsələyə dair yekun cavab verilənədək kilsənin girişlərindən birinin yuxarı hissəsində mövcud ermənicə iki yazı araşdırılmalıdır. Bu yazılardan birində qeyd olunur ki, kilsə 1911-ci ildə yenidən inşa edilib və bu yenidən inşa prosesini Ter Vardanyan həyata keçirib. İkinci yazıda isə açıq-aydın deyilir ki, kilsə 1868-ci ildə inşa edilib. Bu yazıların mətninin tam bərpası mütəxəssislər tərəfindən hazırda həyata keçirilir”, - deyə Ararat patriarxiyasının cavabında qeyd olunub.

Eyni zamanda Ararat patriarxiyasının açıqladığı bəyanatda keşiş Mikayel Nuricanyanın ünvanına səsləndirilən ittihamlara cavab olaraq bildirilir ki, kilsə ilə əlaqəsi olmayan bəzi plakatlar guya təmizlik işləri aparılarkən çıxarılıb.

“Biz bu addımı aylarla təxirə salırdıq, amma indi həddən artıq sərt tədbirlərə əl atmağa məcburuq. Mülkümüz uğrunda mübarizə aparırıq, mədəniyyət abidələrimiz üçün, xalqımızı assimilyasiyadan xilas etmək üçün mübarizə aparırıq”, - deyə Saqradova-Qasparyan yazıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin