Ölən erməni əsgərin valideynləri Paşinyana dəfələrlə müraciət edib: “Bizə 10 dəqiqə vaxt ayıra bilməz?”

2019/08/00-86-1566892680.jpg
Oxunub: 8999     14:57     28 Avqust 2019    
Bu günlərdə kassasiya məhkəməsi gənc çağırışçı Norayr Sahakyanın valideynlərinin ölüm işində ittiham edilən həkimlərə bəraət verilməsinə qarşı şikayətini rədd edib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, cari ilin fevral ayında məhkəmə ölən gənc əsgər Noray Sahakyanın işi üzrə 4 il müddətinə azadlıqdan məhrum edilən hərbi hissənin bölmə rəisi leytenant Mher Davidyantsa terapiya bölməsinin rəisi vəzifəsini müvəqqəti icra edən Arkadi Çaxoyana bəraət verib.

Məhkəmə bu iş üzrə 4 həkimi, ginekologiya bölməsinin Baş ordinatoru, mayor Karen Culhakyanı işğal altında olan Qarabağdakı “hərbi birləşmə”nin toplanış məntəqəsinin tibb məntəqəsi rəisi, feldşer gizir Varujan Manasyanı, Mher Davidyantsı və Arkadi Çaxoyanı 4 il müddətinə azadlıqdan məhrum edib.

Ölən hərbi qulluqçunun valdieynləri yenidən Paşinyana müraciət edib: “Baş nazir, heç olmasa bizə 10 dəqiqə vaxt ayıra bilməz?”.

Xatırladaq ki, 2012-ci ilin dekabrın 21-də çağırışçı Norayr Sahakyan heç bir sağlamlıq problemi olmadan Erebuni rayon hərbi komissarlığı tərəfindən hərbi xidmətə göndərilib. Mərkəzi çağırış məntəqəsində vurulan 6 iynədən sonra onun hərarəti 38,3 səviyyəsinə qalxıb. Norayr növbətçi həkimə yaxınlaşaraq, problemini bildirib və hərarətinin olduğunu deyib. Həkim Karen Culhakyan ona bir həb dərman verərək, Qarabağa göndərilən heyətlə yola salıb. Yol boyu özünü təkrarən pis hiss etsə də, ona tibbi yardım göstərilməyib. Norayr orduda cəmi 48 saat hərbi xidmətdə olub.

Ölən erməni hərbi qulluqçunun valideynləri, kassasiya məhkəməsinin şikayəti rədd etməsindən sonra İnsan hüquqları üzrə Avropa Məhkəməsinə müraciət edəcəklərini bildiriblər. Onlar qeyd ediblər ki, hazırkı Müdafiə naziri Davit Tonoyan onları qəbul etmir, buna baxmayaraq keçmiş Müdafiə naziri Seyran Ohanyanın onlara qarşı diqqət göstərib.

Daha öncə verilən məlumata görə, Mher Davityants Nork rayon infeksiya xəstəxanasının rəisi təyin edilib. Qeyd edilir ki, Davidyants Ermənistan Səhiyyə naziri Arsen Torosyanın yaxın tanışıdır. Vəzifəyə təyin edilərkən şərti azadlıqda olan Davidyants, artıq rəsmi vəzifəli şəxs statusunda olarkən bəraət alıb.

“6 ildir ki, mübarizə aparırıq, onlar ölümə səbəb olmaqla, səhlənkarlıq etməkdə günahkar bilinib. Sonra isə qəflətən bizi xəbərdar etmədən, onlara bəraət verilib, biz bu barədə təsadüfən internet xəbərlərindən bildik”, - deyə erməni əsgərin valideynləri etiraz edib.

Hazırda, “həkimlər istəsəydi, çağırışçını xilas edə bilərdi”, deyə şahid qismində ifadə verən Ara Asoyan artıq ölüb, Mher Davidyants isə ölən həkimin əvəzinə infeksiya xəstəxanasının rəisi vəzifəsində oturub. O, Ermənistan Səhiyyə nazirinin qardaşının yaxın dostu olan şəxs kimi infeksiya xəstəxanasının rəisi olub.

Ölən hərbi qulluqçunun atası vurğulayıb ki, keçirilən ekspertizaların nəticəsinə görə oğlu səhlənkarlıq ucbatından ölüb. Buna baxmayaraq, məhkəmə tərəfindən həkimlərin günahsız olduğunun qeyd edilməsi və onlara bəraət verilməsi anlaşılmazdır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Ölüm   Cinayət  


Bizi "telegram"da izləyin