Trampın həqiqətən erməni səslərinə ehtiyacı varmı?

2019/08/345-1566891327.jpg
Oxunub: 14663     17:40     29 Avqust 2019    
“Hazırda Trampın yenə də seçicilər kollegiyası vasitəsilə seçilmə şansı olduğu bir vaxtda ermənilərin səsi ənənəvi mavi ştatlarda son nəticəyə ciddi təsir etməyəcək”.

Ordu.az xəbər verir ki, bu barədə erməni KİV-lərində məqalə dərc olunub.

Məqaləyə görə, qırmızı rənglər republikaçıları, mavi rənglər isə demokratları ifadə edir.


“Hər bir halda elə ştatlar var ki, sabit deyil, seçkilərin birində respublikaçılara digərində demokratlara səs vermə ehtimalı var. Ənənəvi olaraq, mavi rəngdə əks edilən ştatlara, Kaliforniya, Kanektikut, Havay, İlinoys, Masaçusets, Nyu-Cersi, Nyu-York və digərləridir. Qırmızı rəngdə olan ştatlar siyahısında Alabama, Texas, Corciya, Montana, Arizona və digərləridir. Dəyişkən ştatlar sırasında isə Kolarado, Florida, Ayova, Miçiqan, Minesotyan, Ohayo, Nevada, Nyu-Hemşir və digərləridir. Prezident seçkiləri zamanı namizədlərə erməni səslərinin nə dərəcədə zəruri olduğunu anlamaq üçün erməni icmasının əsas kütləsinin qırmızı mavi ştatlar bölgüsündə harda yer aldığını dərk etmək lazımdır. Müxtəlif mənbələrin məlumatlarına əsasən, ABŞ-da yaşayan erməni icmasının sayı müxtəlif göstərilir. ABŞ-da siyahıyaalma bürosunun 2017-ci il üçün bir illik hesabatına əsasən, ABŞ-dakı erməni əhalinin sayı 485 min 970 nəfər təşkil edib.

Bununla yanaşı, bir sıra erməni mənbələrin iddiasına görə, ABŞ-da erməni əhalinin sayı 1,2 milyondan 2 milyona qədər dəyişir. ABŞ-ın icma sorğularında erməni əhalinin bu dərəcədə sayının az göstərilməsi daha çox ABŞ-da 10 ildən bir həyata keçirilən siyahıya alınma sorğulamasında müəyyən etnik qrupların adları, o cümlədən erməni kateqoriyası əks etdirilmir. Bununla bərabər siyahıyaalma bürosu 2018-ci ildə bəyan edib ki, 2010-cu ildə həyata keçirdikləri siyahıyaalma zamanı istifadə etdikləri vərəqlərdən faydalanmağa davam edəcəklər”, - deyə məqalədə bildirilib.

Məqalədə qeyd olunur ki, bu dəfə də erməni mənşəyi olan insanlar “ağ” kateqoriyanı seçəcəklər.

“Həmin kateqoriyada milliyyət seçim hüququ verilmir. İstənilən halda ABŞ-da yaşayan erməni əhalinin sayını rəsmi olaraq bildirən ABŞ siyahıyaalınma bürosunun keçirdiyi sorğuya əsasən müəyyən edildiyinə görə, araşdırmalar həmin rəqəmlərin əsasında davam etdiriləcək. Ən çox ermənilərin yaşadığı ABŞ-ın 6 ştatına Kaliforniya, Masaçusets, Nyu-York, Nyu-Cersi, Miçiqan və Florida daxildir. Lakin bu ştatların əhalisinin tam sayını nəzərə alsaq görürük ki, ermənilər cəmi əhalinin çox kiçik bir faizini təşkil edir. Məsələn, Kaliforniyada 0,5%, Masaçusetsidə 0,4%, Nyu-Yorkda 0,28%, Nyu-Cersidə 0,19%, Miçiqanda 0,15%, Floridada 0,4% təşkil edir. Beləliklə, bu rəqəmləri qeyd edilən qırmızı-mavi ştatalarla müqayisə edərsək, belə çıxır ki, ermənilər əsasən mavi rəngdə olan ştatlarda yaşayırlar. Bununla da erməni lobbisinin daha çox demokratlarla əlaqəli olmasının səbəbi ortaya çıxır.

1992-ci ildə keçirilən prezident seçkilərindəki vəziyyəti start nöqtəsi kimi qəbul etsək görərik ki, Kaliforniya, Masaçusets, Nyu-York və Nyu-Cersi demokratlara dəstək verir. Bununla yanaşı ermənilərin daha çox sıx məskunlaşdığı 2 ştat Miçiqan və Florida dəyişkən ştatlardır. Bu ştatlarda ermənilərin səs faizi o qədər kiçikdir ki, səsvermə zamanı heç bir əhəmiyyətə malik deyil. Məlum faktdır ki, Donald Tramp 2016-cı ildə keçirilən prezident seçkilərində ümumxalq səsverməsi ilə deyil, seçicilərin kollegiyası vasitəsilə seçilib. Prezidentliyə namizədlərin səs toplaması arasındakı fərq Hilari Klintonun xeyrinə olaraq, 2 milyon 868 min 691 nəfər olub. Hazırda Trampın yenə də seçicilər kollegiyası vasitəsilə seçilmə şansı olduğu bir vaxtda ermənilərin səsi ənənəvi mavi ştatlarda son nəticəyə ciddi təsir etməyəcək. Eyni zamanda ABŞ-da ciddi şəkildə seçicilərin kollegiya insitutunun ləğv edilməsi məsələsi müzakirə olunur. Ona görə ki, həmin qurum ABŞ-ın müasir seçki xüsusiyyətlərinə və reallıqlarına cavab vermir”, - deyə məqalədə ermənilərin səsinin Trampa təsir etməyəcəyi diqqətə çatdırılır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Seçkilər  


Bizi "telegram"da izləyin