DSX xüsusi təyinatlılarının İsrail istehsalı hücum tüfəngi - X95 "Tavor" (EKSPERT)

2019/08/1-1566978996.jpg
Oxunub: 1070     12:43     28 Avqust 2019    
2004-cü ildə silahlanmaya qəbul edilən İsrailin TAR-21 "Tavor" hücum tüfəngi adını İsrailin şərqindəki Aşağı Qalileydə yerləşən Tavor dağından götürür. Öz sinfində ən yaxşı və perspektivli kiçik silah modellərindən biri hesab edilir. Buna görə də IWI (İsrael Weapon Industries - İsrail Silah Sənayesi) şirkəti bu silahın qısa versiyası bazasında xüsusi təyinatlılar üçün nəzərdə tutulan X95 adlı bir ailəni yaratdı. Bu universal silahda tüfəng, karabin və tapança-pulemyot funksiyaları eyni zamanda öz əksini tapır. Bu tüfənglər çox çaplıdır, çünki 5.56x45 və 9x19 mm-lik iki növ sursatdan istifadə edə bilir.

İsrailin elit xüsusi təyinatlı qüvvələrin döyüşçüləri ilə sıx əməkdaşlıq şəraitində hazırlanan X95 sistemi artıq İsrailin özünümüdafiə ordusu kimi Azərbaycanın da bir çox güc strukturları, o cümlədən DSX tərəfindən silahlanmaya qəbul edilib.

"Bul-pap" sistemli silahın yaranmasına səbəb, 2004-cü ildə İsrail Baş Qərargahının "Sayret Matkal" xüsusi təyinatlılarının tüfəngin daha da yığcam versiyasına sahib olmaq istəklərini ifadə etməsi oldu. İsrail ordusunun tələbləri iki əsas şərtə əsaslanırdı:

- Silahları mümkün qədər qısaltmaq;
- 9 mm çaplı dəyişdiriləbilən lülənin olması və səsboğucu quraşdırmaq imkanı.

IWI X95 – ikiçaplı xüsusi silah kateqoriyasından tipik bir tüfəngdir. İkiçaplı silahın əsas məntiqi üstünlüyü XTQ-nin şəxsi heyətinin təlimi üçün bir neçə vəzifənin icrası üçün eyni silahdan istifadənin yetərli olmasındadır. Silahın konstruksiyası 5.56x45 mərmi çapından 9x19 mərmi çapına sürətli keçidə də imkan verir.

Silahın quruluşu

Lülə və lülə qutusu

Ümumi uzunluğu 580 mm olan X95 əsl ultra kompakt silahdır. Bu cür ölçülərlə X95 "sinə" vəziyyətində insan fiqurunun eninə qəbul edilən 0.6 m-lik ümumi ölçüsündən kənara çıxmır və silahın nəzərə çarpmadan gəzdirilməsi də mümkün olur. Bu ölçü silahlı döyüşçünün istənilən dar məkanda fəaliyyətini məhdudlaşdırmır. Məsələn, X95 ilə əsgər tank qapağından belə rahatlıqla keçə bilir.

X95 tügənginin lüləsi soyuq döymə üsulu ilə hazırlanır və "avtomatik" versiyada 7 düym (178 mm) ölçüdə 6 sağ yivə malikdir.

Hərəkətli hissələr, U şəkilli metal istiqamətləndirici boyunca, həm lülə yatağı, həm də qundaq rolunu oynayan plastik lülə qutusunun daxilində hərəkət edir. Əvvəlki modellər ilə müqayisədə X95 tüfənglərinin lülə qutusunun hazırlanmasında istifadə edilən plastik materialın markası dəyişdirilib. Yeni plastik sələfindən bir qədər "daha yumşaqdır", lakin silahın ağır şərtlərdə istifadəsi zamanı çatlara səbəb olmur və üstəlik, ultrabənövşəyi şüalanmaya daha davamlıdır, bu isə Azərbaycan iqlimi üçün xüsusilə vacibdir.

Lülə qutusunun sol tərəfində, yenidən yükləmə üçün nəzərdə tutulan çaxmaq qolunun hərəkəti üçün açılan kanalın arxasında, lülə fiksatoruna müdaxilə etməyə xidmət edən yuvarlaq bir dəlik mövcuddur.

Lülə dəyişməsi sadə bir prosesdir, bu əməliyyat çəmi bir neçə dəqiqə çəkir və sadə bir alətin istifadəsini tələb edir. Qundağın sonunda rezin arxalıq yastığı yapışdırılıb ki, bu da silahın geri təpməsinin yumşalmasına və sürüşmənin qarşısını almağa imkan verir.

Çaxmaq

X95 iki fərqli avtomatlaşdırma və kilidləmə sistemindən istifadə edir. 5.56 mm çaplı mərmilər üçün, lülə divarındakı çuxurdan barıt qazlarının çıxarılması və dönən çaxmaq ilə lülənin kilidlənməsi sxemindən istifadə olunur. İlk baxışda çaxmaq və çərçivəsi "Heckler&Koch G36" hücum tüfənginin oxşar hissələrinə bənzəyir, lakin diqqətlə araşdırdıqdan sonra əhəmiyyətli fərqlər görünür.

Birincisi, qaz porşeni çaxmaq çərçivəsinə sərt şəkildə bağlanır və hərəkət zamanı ondan ayrılmır. Fakt budur ki, lülə qısa olduğundan qaz kamerası lülə ucuna olduqca yaxın məsafədə yerləşir və daha uzun lüləli silahlarla müqayisədə qaz kamerasına daha az miqdarda barıt qazı daxil olur. Porşeni və çaxmaq çərçivəsini eyni detalda birləşdirən mühəndislər, çərçivəyə bütün hərəkəti boyunca qaz impulsunu "toplamaq" imkanı da yaradıblar.

G36 və X95 arasında digər bir fərq, alman modelində çaxmağın dönməsini çaxmaq çərçivəsindəki fiqurlu kəsiyin, İsrail modelində isə birbaşa çaxmağın özünün təmin etməsidir.

Üçüncü fərq isə döyüş dayaq nöqtələridir. İsrail nümunəsində, onların sayı üçə endirilib ki, bu da texnoloji baxımdan əlverişlidir və eyni zamanda kilidləmə zamanı çaxmaq "güzgüsü"nün etibarlı və sabit mövqeyini təmin edir (üç dayaq nöqtəsi tam müstəvini təşkil edir). Onlar asimmetrikdir və mövqeləri saatın on iki, dörd və yeddi yönündəki vəziyyətinə uyğundur.

X95 tüfənginin digər bir maraqlı xüsusiyyəti, hərəkət edən hissələrin qeyri-adi qısa məsafəsidir, çaxmaq və çərçivəsi cəmi 70 mm geri çəkilir - bu isə AKM və ya AK-74 göstəricisindən iki dəfə az, 5.56x45 mm mərmisinin uzunluğundan isə bir qədər çoxdur. Çaxmaq çərçivəsi yüksək sürətlə arxa vəziyyətə gəldiyindən, X95 dizaynı hərəkətli hissələrin lülə qutusuna təsirini yüngülləşdirən və atəş sürətini azaldan buferlə təmin edilir.

Silahın 9 mm çaplı tapança-pulemyot versiyasında sərbəst çaxmaqdan istifadə olunur. Bu vəziyyətdə dönən çaxmaq çərçivəsi əvəzinə nisbətən sabitlənən çaxmaq bloku quraşdırılır və kilidləmə yalnız hərəkət edən hissələrin kütləsi və qaytarma yayının qüvvəsi hesabına həyata keçirilir. Qalan hallarda isə tapança-pulemyot ilə tüfəng/karabin avtomatikası eynidır.

"Tavor"un sürüşən çaxmaq qolu TAV-21-dən fərqli olaraq lülə yatağında deyil, bir qədər geri çəkilib. İlk "Tavor"ların tətbiqi təcrübəsi göstərdi ki, qabaqda yerləşdirilən qol, hərəkət edən əsgərə tez-tez maneə törədir, ətrafdakı obyektlərə, məsələn, pəncərə və ya qapı çərçivələrinə ilişmək təhlükəsi yaranır. Atıcının istəyinə görə çaxmaq qolu hər iki tərəfdə yerləşdirilə bilər. Silahın arxa hissəsinə yaxın, lülə qutusunun hər iki tərəfində atılan gilizlərin xaric edilməsi üçün iki ədəd pəncərə də mövcuddur.

Sağ əlli bir atıcı üçün, məsələn, sağ pəncərə açıq qalır və onun yanında gilizləri dəf edən qapaq quraşdırılır. Qarşı pəncərə isə əksinə, plastik örtüklə bağlanır. Gilizlərin atılması istiqamətini dəyişdirmək silah ustası tərəfindən səhra şəraitində belə həyata keçirilir.

Zərbə-tətik mexanizmi

Tüfəngin zərbə-tətik mexanizminin yuvası atıcının əlinə görə əlavə qorunma rolunu oynamaq üçün nisbətən geniş və böyük ölçüdə hazırlanır. Onu dəyişmək də mümkündür, məsələn, dalğıcların qalın əlcəkləri daha ensiz yuvalar tələb edə bilər.

Tapança dəstəyinin üstündə üçmövqeli ikitərəfli qoruyucu yerləşir. "S" mövqeyi qoruyucu, "R" tək-tək atəş, "A" isə avtomatik atəş rejimi deməkdir. Zərbə-tətik mexanizminə təxminən 4 kq qüvvə tətbiq edilməlidir, bu, bir az böyük görünə bilər, lakin silahın "bull-pap" sisteminə aid olduğunu nəzərə alsaq, bu göstəricini də nailiyyət hesab etmək olar.

Tüfənginin zərbə-tətik mexanizmi söküləbilən modul tiplidir və tapança dəstəyi ilə xəzinə yuvası arasında yerləşir. Silahların təmiri və texniki xidməti həm atıcının (məsələn, çox çirklənmiş tüfəngin təmizlənməsi zamanı), həm də hərbi silah ustasının iş həcmini xeyli asanlaşdırır, onu sökmək üçün bir neçə saniyə ərzində mexanizmin iki oxunu çıxarmaq kifayətdir.

Xəzinə

İkitərəfli xəzinə düyməsi tətiyin üstündə yerləşir və barmaqla hərəkətə gətirilir. Təsadüfi basılmaması üçün kiçik bir qapaqla örtülür. Düymə uzun bir qol ilə xəzinə yayına bağlanır. X95 tüfəngi 30 mərmi tutumlu M16 tüfənglərindəki STANAG 4179 standartlı xəzinədən istifadə edir. Belə bir metodun logistika xərclərini əhəmiyyətli dərəcədə azaltdığı güman edilir.

Əlbəttə ki, "bulpap" sxeminin tüfənglərində xəzinənin silaha taxılması o qədər də asan olmur və klassik sxemli silahlardan bir az daha uzun zaman tələb edir.

Nişangah və digər aksesuarlar

Tüfəngin əsas nişangahı, arxası bir qədər yuxarı qaldırılan "Pikatinni" lövhəsinə quraşdırılır. Onlara xidmət göstərən isə həm görünən, həm də infraqırmızı diapazonda çalışa bilən "qırmızı nöqtə" ilə lazer hədəf göstərəninin birləşməsi olan "Mepro" MOR kollimator nişangahıdır. Bu cihaz ABŞ Ordusu və ABŞ Xüsusi Qüvvələri üçün hazırlanan AN/PEQ-2 nişangahının tam ekvivalentidir və xüsusi olaraq İsrail ordusu üçün "Mepro" şirkəti tərəfindən hazırlanır. Onun 4 iş rejimi mövcuddur: "aktiv kollimator", "passiv kollimator", "görünən lazer" və "görünməz lazer". "Passiv kollimator" rejimi daim mövcuddur və güc mənbəyi olmadan işləməyə imkan verir. Qeyri-adi işıqlandırmada isə "aktiv kollimator" rejimi qoşulur, batareyalar hesabına isə "qırmızı nöqtə" nişanının parıltı intensivliyinin artırılması tətbiq olunur. Qısa mənzilli şəhər döyüşlərində "görünən lazer" rejimindən istifadə olunur, gizliliyə ehtiyac olduqda isə "görünməz lazer" rejimi işə salınır.

"Pikatinni" lövhəsinin arxasında polimer qutusu ilə ayrılmaz bir mexaniki nişangah yerlədirilib. 300 m məsafədə effektiv olan qurğu, yalnız optik elektron nişangah çalışmadıqda istifadə olunur. Bundan əlavə, tüfəngdə daha uzaq məsafələrə atəş açmaq üçün "Meprolight" MX3 üçqat böyütməli optik nişangahdan da istifadə edilə bilər. "Mepro"nun Minimon-I və II Gen gecə passiv infraqırmızı nişangahlarının, həmçinin "Mepro" Minimon-III Gen avadanlıqlarının istifadəsi mümkündür. Əlavə olaraq, X95 aksesuarlarına süngü də daxil edilib. O, silahın lülə əyləcinə birbaşa taxılır.

Sökülmə

X95-in natamam sökülməsi çox sadədir. Xəzinəni ayırdıqdan və silahın boş olduğunu yoxladıqdan sonra, arxalığı saxlayan oxları çıxarmaq lazımdır, arxalıq arxa tərəfə açılır və lülə qutusuna daxil olmağa imkan yaranır.

Sonra, sabit plastik buferi barmaqlarla tutulur, geri qaytarma yayı və onun istiqamətləndirici çubuğu və bütün hərəkət edən hissələr lülə qutusundan çıxarılır. Bununla da natamam sökülmə başa çatır. Əslində, X95 döyüş sahəsində yalnız lülə qutusu və çaxmaq qrupu ilə lülədən ibarət iki böyük hissəyə ayrılır. Burada asanlıqla itirilə biləcək kiçik hissələr, oxlar, sancaqlar yoxdur.

Dəyişik modellər

X95 tüfəngi qapalı çaxmaqla atəş açan 9x19 mm-lik bir tapança-pulemyot silahına çevrilə bilir. Bu dəyişiklik X95 SMG indeksi ilə göstərilir. Belə bir modifikasiya dəstinə lülə, çaxmaq və "Uzi" silahının 32 ədədlik standart xəzinəsinin istifadəsini təmin edən xəzinə yuvasının uyğunlaşdırıcı keçidi daxildir. Tapanca-pulemyotun lüləsində qaz çıxışı üçün qurğu yoxdur, o, lülə kanalının ölçüləri və yivlərinin sayı ilə digərlərindən fərqlənir. Əlbəttə ki, çaxmağın dönən başlığı da yoxdur.

Fərqli bir səsboğucu ilə təchiz olunan X95-S tapança-pulemyotu da mövcuddur. Xüsusi dizayn sayəsində xüsusi səsəqədər döyüş sursatının istifadəsi tələb olunmur, lakin adi standart və səsdən yüksək sürətli 9x19 mm mərmiləri ilə atəş açmağa imkan verir.

X95 silahlarının digər çaplarda da hazırlanacağı ehtimalı mövcuddur, xüsusən də 5.45 x 39 mm (X95-R), hətta 7.62 x 51 mm mərmi üçün eksperimental versiyalar da hazırlanıb. Ən son versiyada IWI İsrailin Livanda, ABŞ ordusunun Əfqanıstanda və İraqda əldə etdiyi təcrübələri nəzərə alıb.

Narkotik bazarının böyük olduğu bölgələrdə əsgərlər tez-tez narkotik və psixoaktiv maddələrin təsiri altında olan düşmənlə qarşılaşmalı olurdu. 5.56 mm çaplı döyüş sursatının bu cür hədəflərə qarşı tətbiqi bəzi hallarda kifayət qədər güclü olmurdu, buna görə daha güclü sursat əldə etmək ehtiyacı yaranırdı. X95-L versiyası 50 mm daha uzun lülə ilə fərqlənir.

X95 ailəsinin ən son versiyası X95 "Flattop" (düz üst) modeli, yalnız "Pikatinni" lövhəsinin dizaynı ilə fərqlənir. Burada "pilləli" olmayan qurğuya daha geniş optik elektron cihaz və aksesuarları quraşdırmaq imkanı mövcuddur.

İstifadəçi ölkələr

Hindistan

"Zittara" təyinatını alan X95 silahının Hindistan versiyası ölkənin Müdafiə Nazirliyinin "Ordnance Factory Board" (OFB) dövlət müəssisəsinin mütəxəssisləri tərəfindən xüsusi qüvvələrin istifadəsi üçün hazırlanıb. "Zittara" müxtəlif növ döyüş sursatları üçün üç konfiqurasiyada hazırlanır: 5.56x30 mm ölçülü karabin (Hind dizaynlı döyüş sursatından - AMOGH karbininin qısaldılan .223 Rem mərmisindən istifadə olunur), 5.56 x 45 mm çaplı hücum tüfəngi və 9x19 mm-lik tapança-pulemyot.

ABŞ

Artıq yeni tüfəngin hazırlanması zamanı ABŞ-ın bir sıra xüsusi təyinatlı qüvvələri (ABŞ ordusunun xüsusi təyinatlıları, ABŞ Navajo SEALS və başqaları) qiymətləndirmə sınaqları üçün MTAR-21 "Micro-Tavor" tüfənglərini satın aldılar. Bu sınaqlar modelin silahlanmaya qəbul edilməsi barədə qərar vermək məqsədi ilə aparılırdı.

Ukrayna

Ukrayna Daxili İşlər Nazirliyinin Vinnitsadakı "Fort" ETB və IWI 2008-ci ildə TAR-21 "Tavor" tüfənglərinin və onların modifikasiyalarının lisenziyalı istehsalı üçün ortaq müəssisə yaratdıqlarını elan etdilər. Ukrayna Nazirlər Kabinetinin qərarı ilə bu nümunələr 10 ildir ki, Daxili İşlər Nazirliyi tərəfindən silahlanmaya qəbul edilib. Bunlara Ukraynada "Fort-224" adını qəbul edən X95 tüfəngi də daxildir. İsrail şirkəti bəzi hissələri Ukraynaya tədarük edir, "Fort" isə qalan komponentləri istehsal edir və silahı yığır.

Nəticə

Beləliklə, DSX xüsusi təyinatlı qüvvələri bütün dünyada ciddi silah nümunəsi kimi qəbul edilən, X95 universal və çoxçaplı modul silahını əldə etməklə yeni bir nəsil silaha sahib oldu. Yerinə yetiriləcək tapşırıqlardan asılı olaraq X95 müxtəlif silah növlərinə - hücum tüfənginə, karabinə, tapança-pulemyota çevrilə bilən modul tipli çoxçaplı sistemidir. X95 əla bir balansa (tarazlığa) sahibdir, bunun sayəsində tüfəngdən bir əllə də atəş açmaq mümkündür. Tüfəngin dizaynı orijinaldır, bu X95 müəllifləri tərəfindən hazırlanma zamanı əldə olunan bir neçə patentlə təsdiqlənir. Plastiklərin geniş yayılması silahları yüngülləşdirir və istehsal prosesinin maya dəyərini azaldır. X95-in müxtəlif konstruksiya, dəqiqləşdirmə, erqonomika, ərazi və qəbul sınaqları olduqca inandırıcı və təsiredicidir. Burada IWI dizaynerlərinin ustalığını xüsusilə qeyd etmək lazımdır.

X95 yaradarkən IWI həm də əməliyyat baxımından mümkün qədər sadə bir tüfəng dizayn etməyə çalışıb. Tərtibatçıların fikrincə, tüfəngin fəaliyyət ömrünü təmin etmək üçün əksər əməliyyatlar birbaşa qoşunlarda, taborların təmir taqımları tərəfindən aparılmalıdır və yalnız ciddi nasazlıqlar olduqda tüfəng daha yüksək təmir hərbi hissələrinə göndərilməlidir. X95-in adi piyada silahlarından daha intensiv istifadə olunan xüsusi qüvvələr üçün hazırlanan bir silah olduğunu düşündüyünüz zaman bu olduqca məntiqli görünür. Bundan əlavə, xüsusi təyinatlı dəstələrin texniki xidmət bölmələrindən mümkün qədər müstəqil olmaq istəyi kifayət qədər başadüşüləndir.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

DSX xüsusi təyinatlılarının İsrail istehsalı hücum tüfəngi - X95 "Tavor" (EKSPERT)

2019/08/1-1566978996.jpg
Oxunub: 1071     12:43     28 Avqust 2019    