“Biz sizə vəd etmişdik ki, sıra ilə Ermənistanın bütün talançılarının adlarını açıqlayacayıq və budur biz sıra ilə, talançıların adlarını açıqlayırıq. Lakin biz demək istəyirik ki, korrupsiyaya qarşı mübarizədə qarşımızda duran əsas məsələ türmələri doldurmaq yox, sizdən oğurlanmış vəsaitin qəpiyinədək, xalqa və dövlətə qaytarmaqdır”, - deyə bir il əvvəl Paşinyan deyib.
Keçən 1 il ərzində Ermənistanda korrupsiyaya qarşı mübarizə sahəsində hər hansı bir hökm verilməyib. Sabiq hakimiyyətin tanınmış siması olan Robert Köçəryandan başqa, qalan bütün talançılar azad gəzərək, bəzi hallarda talan etdiklərini yeni Paşinyan hakimiyyətinin üzvləri ilə əməkdaşlıq etməklə açıq-aşkar istifadə etməkdə davam edirlər. Məsələn, İşxan Zakaryan, ümumerməni oyunlarının təşkilatçısı olaraq qalmaqda davam edir və dəfələrlə onun fəaliyyəti Paşinyan və onun müavini Tiqran Avinyan tərəfindən legitimləşdirilib. Həmçinin qeyd olunur ki, Paşinyan və Avinyanla birlikdə İşxan Zakaryan da ümumerməni oyunlarının bağlanış mərasimində iştirak edib. Paşinyan tərəfindən “əsrin rüşvətxoru” elan edilmiş, sabit Təbiəti Mühafizə naziri Aram Harutyunyan 14 milyon rüşvət almaqda ittiham edilsə də, “təminatlı şəkildə” hüquq mühafizə orqanlarından gizlənməkdə davam edir.
Belə çıxır ki, Ermənistanda korrupsiyaya qarşı mübarizə tədbirləri içərisində ən qalmaqallı işfaetmə Manvel Qriqoryana qarşı “tuşonka əməliyyatı” olub. Hazırda bütün erməni cəmiyyəti korrupsiyaya qarşı mübarizə tədbirlərinin səmərəli aparılmasına keçmiş hakimiyyətdən qalma məhkəmə sisteminin mane olduğunu düşünə bilər. Lakin Paşinyanın bunu 1 il öncə dərk etdiyini unutmaq olmaz.
Keçən il keçirilən tarixi mitinqdə Paşinyan deyib: “... Ümumiyyətlə, mən həddindən artıq vacib hesab edirəm ki, məhkəmə sisteminin bugünkü vəziyyətini nəzərə almaqla gələcəkdə ciddi müzakirələr apararaq, keçid ədliyyə orqanları yaradılması ilə bağlı qərar qəbul edək. Ona görə ki, keçid ədliyyə orqanları bizə müxtəlif korrupsiyalaşmış məhkəmə sistemlərinin xalq inqilabını başa vurmağa mane olması ilə yanaşı süni maneələr də yaratmaqdadır. Məsələn, qanunsuz varlanma haqqında əmr 2017-ci ilin iyun ayının 1-dən qüvvəyə minib. Formal olaraq, bu o deməkdir ki, 2017-ci ilin 1 iyun tarixindən əvvəl talan edilmiş əmlakın geri qaytarılmasında problemlər yarana bilər”.
Bildirilir ki, son bir ildəki Paşinyan hakimiyyəti dövründə heç bir şey dəyişməyib. Paşinyan hakimiyyətinin fəaliyyətsizliyi nəticəsində məhkəmə hakimiyyəti inqilab gündəminə açıq-aşkar tabesizlik göstərməklə çağırışlar edib. Hakimiyyət isə emosional və düşünülməmiş addımları ilə, həmçinin konsepsiya əsasında həll yollarının olmaması nəticəsində əslində, keçid ədliyyə alətini və attestasiya keçirilməsi prosesini iflasa uğradıb.
Konstitusiya məhkəməsi ilə bağlı böhran dalana dirənib. Üstəlik Paşinyan hakimiyyətinin qeyri-peşəkarlığı və tələskənliyi “1 Mart” cinayət işinin legitimsizlik təhlükəsi qarşısında qalmasına gətirib çıxarıb. Deməli, Ermənistanda hakimiyyətin yuxarı dairələrində xarici siyasət haqqında dərin təsəvvürü olan heç kim yoxdur. “...Birmənalı şəkildə deyə bilərəm ki, erməni-rus münasibətləri nəinki pisdir, hətta respublikaçılar və onların əl altılarına nisbətən erməni-rus münasibətləri yaxşıdır və getdikcə daha da yaxşılaşacaqdır. Biz xarici siyasətdə dönüşlər olmayacağını qeyd edirik və bizim siyasətimizdə məqsədlərimizdən biri, erməni-rus dostluğunu dərinləşdirmək və erməni-rus münasibətlərini yeni səviyyəyə qaldırmaqdan ibarətdir. 3 ay əvvəl mən vəd edirdim ki, erməni-rus münasibətləri yeni səviyyəyə qaldırılacaq və bu gün demək istəyirəm ki, müəyyən prosedurları keçdikdən sonra, siz hamınız birgə erməni-rus humanitar layihəsi haqqında məlumatlı olacaqsınız. Bu üçüncü respublika və Sovet İttifaqının dağılmasından sonra bizim yeni müstəqil dövlətimiz üçün hədsiz dərəcədə vacibdir. Bu heç vaxt olmayan bir layihə olacaq. Bu layihə münasibətlərin yeni səviyyəyə qaldırılması üzrə ardıcıl hərəkət etdiyimizə sübut olacaq” - deyə 1 il əvvəl Paşinyan bəyan edirdi.
Paşinyanın qeyd etdiyi misli görünməmiş layihə Serj Sarkisyan tərəfindən inkar edilib, Paşinyan tərəfindən isə razılaşdırılaraq Putinin rəğbətini qazanmaq məqsədi daşıyıb. Bu misli görünməmiş addımla Paşinyan əlbəttə ki, Putinin etimadını bərpa etmədi, lakin Ermənistan-ABŞ münasibətlərini böhran vəziyyətinə saldı.
Ermənistan-Rusiya münasibətləri üçüncü respublika tarixində heç vaxt indiki kimi böhranlı vəziyyətdə olmayıb. Moskva nəinki aşkarcasına Robert Köçəryana dəstək verir və “1 Mart” cinayətində təqsirli bilinən iki fiquranta sığınacaq verib, hətta kriminal keçmişi olan general Mihran Poğosyanın təhvil verilməsindən də imtina edərək, İrəvana üçüncü sillə vurulmasına şərait yaradıb.
Lakin keçən 1 il ərzində Paşinyan hakimiyyətinin dəyər və təsəvvürləri daha pis istiqamətdə dəyişib. Paşinyan bir il əvvəl mitinqdə demokratiya haqqında danışırdısa, indi Amulsar qızıl mədəni məsələsi ilə bağlı, hətta Cermuk şəhər rəhbərliyini öz iqamətgahında qəbul etməyə hazırlaşır. Paşinyan, Nikol Paşinyana ziddiyyət təşkil edirsə, bu vəziyyətin kəskin dəyişməsidir. Bütün bu deyilənlər cəmi 1 il ərzində baş verib.
Alpər Mövludoğlu
Ordu.az