Qazinyandan Paşinyan hakimiyyətinə: “Qarabağ onlara nə edib, niyə Qarabağı bu dərəcədə sevmirlər?”

2019/08/Artur-1566544995.jpg
Oxunub: 27136     12:10     23 Avqust 2019    
“Qarabağ onlara nə edib, niyə Qarabağı bu dərəcədə sevmirlər. Xəbərdar edirəm, lakin bu barədə heç düşünməyin də, hətta o istiqmətdə baxmayın da deməyə gəlmişəm”.

Ordu.az xəbər verir ki, bu sözləri “Vahid Ermənistan” partiyasının lideri Artur Qazinyan öz “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, Ermənistan hakimiyyətində elə əl-ayağa düşüblər ki, heç bilmirlər nəyi necə etsinlər.

“Son üç gündür, düşünürəm, hakimiyyət qolları altında şadlanan qlobalçıların Amulsar qızıl mədəninin istismarına qarşı çıxmasının səbəbi nədir? Evrika... “Amulsar problemi Qarabağ problemindən daha önəmlidir”. İndi artıq Qarabağ Amulsar mədəninə bərabər tutuldu, bundan əvvəl isə “inqilaba” bərabər tutulub. Bu templə davam edərsə, İstanbul Konvensiyası yaxın gələcəkdə Qarabağdan daha vacib elan ediləcək. Qarabağ onlara nə edib, niyə Qarabağı bu dərəcədə sevmirlər. Xəbərdar edirəm, lakin bu barədə heç düşünməyin də, hətta o istiqmətdə baxmayın da deməyə gəlmişəm”, - deyə Qazinyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Qarabağ   Etiraz  


Bizi "telegram"da izləyin