Babayan sükutunu pozdu: "Heç kimin qapağı altına düşməmişəm"

2019/08/34534-1565786840.jpg
Oxunub: 256     14:54     15 Avqust 2019    
İrəvan məhkəməsində işğal altında olan Qarabağda qanunsuz dislokasiya olunmuş "hərbi birləşmə"nin sabiq "komandiri" Samvel Babayanın işi üzrə məhkəmə iclası təxirə salınıb. Bir tərəfdən məhkəmə prosesi, digər tərəfdən məhkəmə prosesində iştirak etmə, bunlar nə dərəcədə bir-birinə uyğundur?

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Samvel Babayan bu məsələyə toxunarkən, məhkəmə prosesinin siyasi proseslərə mane olmadığını bildirib.

Onun sözlərinə görə, siyasi rəqiblərinin bir hissəsi yenilər, digər hissəsi isə köhnələrdir.

"Mən bəraət yolu ilə gedirəm. Günahsız olduğumu sübut etməyə çalışıram. Mənim bu ittihamla əlaqəm yoxdur. Məhkəmə ya mənim günahımı sübut etməli, ya da inkar etməlidir.

Seçkilərdə iştirak etməkdə mənim ilk məqsədim, xalqın məni nə dərəcədə qəbul edəcəyini, mənim siyasətə qayıtmağımı istəyib-istəmədiyini yoxlamaqdır. Bako Sahakyanı özümün siyasi rəqibi hesab etmirəm. Yalnız Arayik Harutyunyanla deyil, həmçinin Qarabağdakı digər siyasi qüvvələrlə də görüşmüşəm. Harutyunyanın rəhbərlik etdiyi siyasi qüvvə, bu gün Qarabağ (qondarma qurum-red.) "parlamenti"ndə üstünlük təşkil edir. Mən təşəbbüs göstərdiyim imza toplama kampaniyasına bu siyasi qüvvənin hansı münasibət göstərdiyini bilməliyəm. Bizim görüş məxfi xarakter daşımayıb, 5 dəfə görüşmüşük", - deyə Babayan bildirib.

O qeyd edib ki, siyasi fəaliyyətini heç kimlə razılaşdırmır: "Mən öz fəaliyyətimi yalnız xalqla razılaşdırıram. Prezident olmaq, özlüyündə bir son deyil, Qarabağda həll ediləcək, problemlər var. Mənim heç kimlə hər hansı haqq-hesab təmizləmə niyyətim yoxdur. Seçkilərdən birləşmiş şəkildə, yumruq kimi çıxmalıyıq. Mənim məqsədim budur. Əgər Ermənistan hakimiyyəti məni qəti şəkildə görmək istəməsə, uzaqlaşaram".

Rusiyanın müdaxiləsi təsirinin ona şamil edildiyinə dair iradlara gəldikdə isə Babayan bunu qətiyyən inkar edib.

"Mənim bildiyim qədər Qarabağın (qondarma qurum-red.) bugünkü hakimiyyəti Moskvada "dabro" axtarır. Mənim heç vaxt heç bir xarici hakimiyyət orqanı ilə əlaqəm olmayıb. Heç kimin qapağı altına düşməmişəm”, - deyə Babayan sözlərinə yekun vurub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Babayan   Paşinyan   Ermənistan  

Babayan sükutunu pozdu: "Heç kimin qapağı altına düşməmişəm"

2019/08/34534-1565786840.jpg
Oxunub: 259     14:54     15 Avqust 2019    