Rusiyalı ekspert Paşinyanın çıxışı barədə: “Azərbaycandan səsləndiriləcək bütün ittihamların əsaslı olduğunu düşünürəm”

2019/08/00-17-1565070052.jpg
Oxunub: 18249     14:23     08 Avqust 2019    
“Lakin Paşinyan nə Qarabağın (qondarma qurum-red.) müstəqilliyini tanıyır, nə də “birləşmə” şüarına müvafiq siyasət aparır. Digər tərəfdən ifadə edir ki, Qarabağ əhalisi onu seçməyib və Qarabağ suveren fəaliyyət göstərməlidir. Qarabağ tərəfi səni seçməyibsə və tədbirə qonaq qismində çağırıbsa, gərək özünü qonaq kimi aparıb təbriklərini səsləndirməklə kifayətlənəsən. Ümumerməni şüarlarını isə Qarabağda yox, İrəvanda səsləndirmək lazımdır”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri Yaxın Şərq və Qafqaz ölkələri üzrə ekspert, “Regnum” agentliyinin şərq şöbəsinin Baş redaktoru Stanislav Tarasov deyib.


Onun sözlərinə görə, avqustun 5-də Xankəndindəki meydanda keçirilən mitinqdə Ermənistan Baş naziri Nikol Paşinyanın çıxışı müxtəlif ziddiyyətli şərhlərlə müşayiət olunub.

“Paşinyan 30 il əvvəl meydanlarda səslənən “birləşmə” şüarı ilə çıxışına başlayıb. Bu çıxışdan sonra erməni tərəfinin danışıqlar formatına yanaşmasını dəyişdiyini təsəvvür etmək olar. Bunu Paşinyan tərəfindən atılan kobud təxribat adlandırmaq olar. Azərbaycana o qədər də rəğbət bəsləməsəm də, indiki məqamda Azərbaycandan səsləndiriləcək bütün ittihamların əsaslı olduğunu düşünürəm.

Sual yaranır, söhbət hansı “birləşmə”dən gedir. Qarabağdan söhbət gedir, onu birləşdirməyə hazırlaşır. Bu hərəkəti demaqoqiya adlandırıram. 1991-ci il sənədi hüquqi əsas daşıyırsa “birləşmə” baş verir. Bu halda Paşinyan digər 7 rayonları qaytarmalıdır. Bu o deməkdir ki, Azərbaycana qarşı tələb irəli sürülür. “Biz sizə 7 rayonu qaytarırıq, siz bizim “birləşməni” tanıyırsız”. Bu məntiqəuyğundur. Paşinyan son zamanalar “Azadlıq radiosu”na verdiyi müsahibəsində qeyd edib ki, Azərbaycan və Ermənistanın maraqlarını nəzərə alaraq münaqişənin nizamlanmasından danışan ilk Ermənistan rəhbəridir.

Ermənistanın öz gündəliyi olan, danışıqlar aparılan, “Madrid prinsipləri” və digər hallar üzrə Minsk prosesində iştirak edtiyi məlumdur. Minsk prosesindən çıxması barədə Paşinyan bəyanat versəydi daha məntiqli olardı. O, hansı şərtlərlə və sərhədlərlə Qarabağın birləşməsini parlamentlə müzakirə edib qərara versəydi, daha məntiqli olardı. Lakin Paşinyan nə Qarabağın (qondarma qurum-red.) müstəqilliyini tanıyır, nə də “birləşmə” şüarına müvafiq siyasət aparır. Digər tərəfdən ifadə edir ki, Qarabağ əhalisi onu seçməyib və Qarabağ (qondarma qurum red.) suveren fəaliyyət göstərməlidir. Qarabağ tərəfi səni seçməyibsə və tədbirə qonaq qismində çağırıbsa, gərək özünü qonaq kimi aparıb təbriklərini səsləndirməklə kifayətlənəsən. Ümumerməni şüarlarını isə Qarabağda yox, İrəvanda səsləndirmək lazımdır”, - deyə Tarasov bildirib.

Tarasov, inqilabın ümumermənilər üçün zəruri olduğunu vurğulayan Paşinyanın sözlərini şərh edib: “İnqilab Ermənistanda baş verib. Bundan sonra Qarabağda da inqilab olmalıdır, deyə fikirlər səsləndirib. Bundan başqa o, Qarabağın (qondarma qurum-red.) “hakimiyyətinin” legitim olmadığına işarə edib. İrəvan və Xankəndinə ayrı-ayrılıqda nəzər yetirən Paşinyan eyni vaxtda Qarabağın (qondarma qurum-red.) daxili işlərinə müdaxilə edir. Hazırda erməni elitası Paşinyanın nə istədiyini dərk eləmir. Hazırda məlumdur ki, Paşinyan kobud təxribatla məşğuldur. Kobud şəkildə Qarabağın (qondarma qurum-red.) daxili işlərinə müdaxilə edir. Bununla da zəif olan Paşinyan, Qarabağı da özü ilə bərabər zəiflədir və Azərbaycanın lehinə oynayır. Bu məsələdə Bakının reaksiyasını izləmək lazımdır.

Azərbaycan Qarabağdakı indiki rejimin mövqelərinin zəifləməsində maraqlıdır. Niyə? Çünki erməni siyasi sahəsində bütün güclü siyasi xadimlər Qarabağdan, demaqoqlar isə İrəvandan çıxıblar. Maraqlıdır, “birləşmə” hansı formatda baş tutacaq. Bu addım niyə və kim üçün atılır? Dağlıq Qarabağ artıq Azərbaycan-Ermənistan münaqişəsi deyil. Bu münaqişə zonasında baş verənləri Bakı və İrəvanla yanaşı, beynəlxalq aləm, o cümlədən Rusiya, İran, Türkiyə və digər ölkələrdə də izlənilir. Paşinyanın kimin gözünə toz üfürür, o, daxili problemləri həll etmək üçün gərginliyə əl atır. Bütün bunları nəzərə alaraq, Paşinyana qarşı güclü müxalifət yetişir və Qarabağda gərginlik yaratmaqla qabağa düşmə niyyətində olduğunu ehtimal edir”.

Paşinyanın münaqişənin həllində xəyanətkarlığa yol verilməməli və münaqişənin həllinin Ermənistan üçün məqbul şərtlərlə baş verə biləcəyini qeyd etməsinə gəldikdə isə Tarasov hesab edir ki, o, gizli danışıqlar aparır.

“Məmmədyarovla Mnatsakanyan dəfələrlə görüşüb və bağlı qapılar arxasında saatlarla danışıqlar aparıb. İlham Əliyevlə Paşinyan arasında baş tutan bir neçə görüşdə nədən söhbət getdiyini kimsə bilirmi? Xarici İşlər nazirləri arasında 4-5 saat nədən söhbət getdiyi açıqlanmalıdır. Danışıqlar mövzusu olmadan 5 saat danışıqlar aparılması qeyri-mümkündür. Yəni burada söhbətin texniki məsələlərin müzakirəsindən, ciddi məsələlərdən getdiyi və gizli saxlanıldığı məlumdur. Azərbaycanın öz mövqeyi olmaqla gizli saxlamasını başa düşürük, lakin inqilabçı Paşinyan, özünü oliqarx Sarkisyandan daha da pis aparır.

Moskvada, onun başqa problemləri həll etdiyinə dair təsəvvür yaranır. O, düşünülmüş şəkildə vəziyyətin gərginləşməsinə doğru gedir. Paşinyan gərginlik yaratmaqla hansı proseslərin qarşısını almaq niyyətindədir. 1 ildən artıq hakimiyyətdə olsa da, praktiki olaraq heç bir iş görülməyib. Xarici siyasətdə heç bir uğur əldə edilməyib, sərmayələr daxil olmayıb. Paşinyan diasporu səfərbər etmək istəyir. Onların əldə etdiyi məlumata görə, ABŞ-ın erməni diasporu İrəvana rəğbət bəsləməyə və dəstəkləməyə son verməkdədir. Diaspor üzrə komissarın səfərindən sonra Rusiya diasporu da eyni mövqedədir”, - deyə ekspert ifadə edib.

“Ermənistanın xüsusi xidmət orqanları dünyada ən güclü olmalıdırlar”, - deyə Paşinyanın bəyanatına münasibət bildiriən Tarasov, bunu provokasiya xarakterli bəyanat adlandırıb.

“Paşinyan məsuliyyətini daşımadığı çox şeylər haqqında danışır. Lakin dövlət rəhbəri olduğuna görə Paşinyan, hər bir ifadəsinə görə məsuliyyət daşımalıdır. Lakin Paşinyan publisist, jurnalist kimi çıxış edir”, - deyə Tarasov Paşinyanın hələ çox şeyi öyrənməli olduğunu dilə gətirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin