M4 “Carbine”

İlk dəfə BƏƏ-ilə bağlanan müqavilə əsasında “Colt” tərəfindən istehsal edilən M4 “Carbine” daha sonralar ABŞ ordusuna və Dəniz Korpusunun xidmətinə qəbul edildi. M4 “Carbine” M16A2 hücum tüfənglərinə çox bənzəsə də, M16-nın 20 düymlük lüləsi ilə müqayisədə onun lüləsi daha qısadır – 14,5 düym. M16A2 kimi M4 “Carbine” də 30 mərmilik daraqdan 5,56 millimetrlik mərmi atır. Bu yaxınlarda M4 ilə döyüş meydanında aparılan təcrübələrin nəticəsində ABŞ ordusu silahı M4A1 standartına çatdırmağı qərara aldı. Davamlı atış zamanı dəqiq saxlama üçün A1 “Carbine” daha qalın lüləyə sahibdir. Bundan başqa onun təkmilləşdirilmiş tətiyi, çoxyönlü təhlükəsizlik nəzarəti və tam avtomatik atış qabiliyyəti var.
SA80A2 tüfəngi

Britaniya Quru Qoşunları, Donanması və Hava Qüvvələrinin əsas xidməti silahı olan SA80 hücum tüfəngi ilk dəfə 1980-ci illərdə L1A1 silahını əvəz etmək üçün istifadəyə verilib. Tüfəng tətiyin arxasında xəzinəyə malik “bul-pap” konfiqurasiyalı silahdır. Bu, silah üçün daha kompakt sistem təmin edir. M4A1 kimi SA80A2 də 5,56 millimetrlik güllə atır və eyni xəzinədən istifadə edir. Amerika “Carbine”lərindən fərqli olaraq, Britaniya SA80A2-si qısa gedişli qaz-porşen sistemindən istifadə edir. 2002-ci ildə sözügedən silahların çatışmazlıqlarını aradan qaldırmaq məqsədilə təkmilləşdirilməsinə başlandı. Bunun nəticəsində yenilənən çaxmaq və çaxmaq çərçivəsi yeni versiyanın etibarlılığını xeyli dərəcədə artdı. Üstəlik Britaniya Hərbi Hava Qüvvələrindən əlavə SA80 Krallığın digər dövlətlərinin bir neçəsinə satılsa da, satışların böyük qismi heç vaxt həyata keçirilmədi.
FAMAS

“Fusil d’Assaut de la Manufacture d’Armes de Saint-Étienne”, yaxud FAMAS hücum tüfəngi 1970-ci illərdə Fransa tərəfindən silahlanmaya qəbul edildi. Bu tüfəng də SA80A2 kimi “bul-pap” konfiqurasiyalı idi. Onun 25 ədəd 5,56 millimetrlik mərmi tutumu olan xəzinəsi mövcuddur GIAT tərəfindən istehsal edilən tüfəngin ümumi uzunluğu 29 düymdür. Onun lüləsi isə 19 düym uzunluğundadır. Tüfəngin çəkisi cəmi 7,96 futa (təxminən 3,62 kiloqrama) bərabərdir. Maraqlıdır ki, standart piyada hücum tüfənglərindən fərqli olaraq FAMAS-ın gecə atışı üçün radioaktiv tritium nişangahı mövcuddur. Bundan başqa ona yuxarı fırlanan və lülənin üzərində yığılan qolları olan əlavə hissə quraşdırılıb. FAMAS bu kateqoriyadan olan digər silahlardan daha çox geri təpməyə malikdir. O, hazırda Fransa ordusunun silahlanmasındakı yerini Heckler & Koch HK416 tüfənglərinə verir.
HK 416/M27

Heckler & Koch HK416 hücum tüfənginin M4 “Carbine”dən daha yaxşı olması mübahisəyə açıqdır. Xarici görünüşcə M4-ə bənzəyən tüfəngdə daxili qaz-porşen əməliyyat sistemindən istifadə edir. Bu isə M4-ün istifadə etdiyi birbaşa-zərbə sistemindən fərqlidir. Həmin sistem tüfəngin daha soyuq işləməsinə və üst qəbuledicinin daha az təmizlənməsinə imkan yaradır. Lakin bunun tüfəngin ön hissəsini bir qədər ağırlaşdırdığı bildirilir. M4 və HK416 hər ikisi eyni mərmi xəzinəsindən və 5,56 millimetrlik mərmidən istifadə edir. Lakin 416-nın lüləsi 16 düym daha uzundur. Bu isə Almaniya istehsalı olan silahın atışının daha uzun mənzilə və yüksək sürətə sahib olmasını təmin edir. 416 ABŞ Dəniz Piyada Korpusunda M27 piyada avtomat tüfəngi adlandırılır və bütün dəniz piyadalarına paylanılır.
AK-47M
-1563882561.jpg)
Rusiya Quru Qoşunlarının standart silahı AK-74M-dir. AK-47-yə əvəz kimi 1970-ci illərdə hazırlanan silahın başlıca fərqi daha kiçik, yüngül 5,45 millimetrlik mərmilərdən istifadə etməsindədir. 30 mərmilik xəzinə ilə təchiz edilən silah SSRİ-nin Əfqanıstanı işğalında geniş istifadə edildi və Sovet İttifaqının ön cəbhəsində xüsusilə, hava, dəniz piyadalarına və Almaniyada yerləşdirilən silahlı qüvvələrə paylandı. Tüfəng 16,3 düymlük lülə də daxil olmaqla ümumilikdə 37 düym uzunluğundadır. Onun yana qatlana bilən qundağı da mövcuddur. 2015-ci ildə Rusiya ordusu AK-74M-ə bir sıra qərb üslubunda yenilənmə tətbiq etdi. Bunlara M4 silahlarında olan analoqlara uyğun əlavə cihazların qyraşdırılması üçün Pikatinni lövhəsi və ön təkmilləşdirilən lülə əyləci daxildir.
Dəyanət Ağalarlı
Ordu.az