“Metsamor” AES-in təmiri uzadılır: Ermənistan Rusiyaya kreditlərin ödənilməsini təxirə salacaq

2019/07/15897-1563868088.jpg
Oxunub: 1846     12:26     23 İyul 2019    
“Atom stansiyasında aparılan işlər ilin sonunadək yekunlaşdırılmalı olsa da, 2020-ci ilədək davam edəcək”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri “Rosatom Servis” şirkətinin Baş direktoru Yevgeni Salkov deyib.

“Biz ayıq şəkildə işin həcmini qiymətləndirdiyimizə görə “Rosatom” təşəbbüsə dəstək verib. Yaxın günlərdə hər iki ölkənin maliyyəçiləri qərar qəbul edəcəklər”, -deyə Salkov bildirib.

Bildirilir ki, yaxın günlərdə Ermənistan və Rusiya Maliyyə Nazirlikləri Ermənistan atom stansiyasının modernləşdirilməsi məqsədilə ayrılan kreditlərin müddətinin uzadılmasını müzakirə edəcəklər. “Rosatom” şirkətinin idaretməsi altında olan “Rosatom Servis” şirkəti atom stansiyasının əsaslı təmirini həyata keçirən Baş podratçı şirkətdir. Atom stansiyasında işlər Rusiya hökumətinin 15 il müddətinə ayırdığı 270 milyonadək kredit vəsaiti və 30 milyon dollarlıq qrant hesabına həyata keçirilir.

Maliyyələşdirmə barədə razılaşma 2014-cü ildə imzalanıb. Aparılan işlərin 2019-cu ilin sonunadək yekunlaşdırılacağı nəzərdə tutulurdu. Əlavə problemlərin ortaya çıxmasından dolayı Ermənistan Maliyyə Nazirliyi Rusiya Maliyyə Nazirliyinə kreditin 2021-ci ilə qədər uzadılması xahişi ilə müraciət edib.

Qeyd edək ki, keçən ildən başlayan AES-dəki təmirdə generatorlu turbinləri dəyişdirirlər. Növbəti il ərzində reaktorun metal divarlarını bərkitmək istəyirlər.

Ermənistan tərəfindən kreditin ödənilməsinə isə AES-in təmiri başa çatdıqdan sonra başlanılması nəzərdə tutulur. Təmirdən sonra AES bir neçə yüz milyon kvt/saat daha artıq enerji istehsal edəcək. Bu əlavə istehsal hesabına kreditinin ödənilməsi planlaşdırılır. Təmir işlərinin bir il sonra başa çatacağına görə kreditin ödənilməsinə də bir il sonra başlanılacaq.

Atom stansiyası Ermənistanda istehsal olunan enerjinin 35-40%-ni təmin edir. 2017-ci ildə AES təqribən 2.4 milyard kilovat saat enerji istehsal edib. Bu istehsal həcmi Ermənistanın ümumi enerji istehsalının 38%-ni təşkil edir. Hazırda istismar müddətinin 2026-cı ilədək artırılması məqsədilə AES təmir edilir.

Xatırladaq ki, Metsamor AES-in tikintisinə 1960-cu ildə başlanılıb, 1976-ci ilin dekabrında isə istismara verilib. 1989-cu ildə Spitakdakı zəlzələ ilə əlaqədar AES-in fəaliyyəti müvəqqəti dayandırılmışdı. İndiyədək bu müəssisədə beynəlxalq qurumlar heç bir yoxlama keçirməyib.

2016-cı ilin əvvəlində Rusiyanın ayırdığı 270 milyon dollar kreditin və 30 milyon dollarlıq qrantın hesabına bu ilin yazında AES-in əsaslı təmir üçün 3-4 ay müddətinə dayandırılacağı haqqında məlumat verilmişdi. Ermənistan hökuməti 2014-cü ilin martında yeni nüvə energetika blokunun tikintisinin gecikməsi ilə əlaqədar bu stansiyanın 2026-cı ilədək istismar olunacağı haqqında qərar qəbul edib.

Azərbaycan, Türkiyə və İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə müraciətinə baxmayaraq, Metsamor AES fəaliyətini hələ də davam etdirir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin