Ordu.az "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildiriblər.
Görüş zamanı tərəflər beynəlxalq və regional təhlükəsizlik problemlərini, habelə hərbi və hərbi-texniki əməkdaşlığın aktual məsələlərini, o cümlədən Xəzərdə müdafiə qurumlarının qarşılıqlı fəaliyyətini müzakirə ediblər.
Xatırladaq ki, Bakıda işgüzar səfərdə olan V.Gerasimov NATO-nun Avropadakı Müttəfiq Qüvvələri Komandanlığının rəhbəri Tod Uolterslə danışıqlar aparacaq.
Sevinc Əliyeva
Ordu.az