Azərbaycan regionda ən qüdrətli dövlətdir

2019/07/11658-1562757080.jpg
Oxunub: 1022     16:22     10 İyul 2019    
Hər bir xalqın, millətin taleyində mühüm yer tutan hadisə azadlığa qovuşmaq və müstəqil dövlətçiliyə sahib olmaqdır. Şübhəsiz, bu yol çox çətin və məsuliyyətli bir yoldur, bu yolda gərək mübarizələrdən keçməyi, canını qurban verməyi bacarasan. Öz azadlığı uğrunda mübarizədə ölüm-itimdən çəkinməyən, son anadək mübarizə aparan millət xoşbəxtdir. Məhz Azərbaycan xalqı da tarix səhnəsində belə mübarizələrdən keçib, azadlığa aparan yolda rastına çıxan mürəkkəb şəraitlərdən çəkinməyib.

20-ci əsrdə xalqımız iki dəfə müstəqilliyə qovuşub və hər iki tarixi mərhələdə çətin mübarizə yolu keçib. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin mövcudluğu ilə ilk dəfə müstəqillik əldə edərək Şərqdə ilk demokratik dövlətçilik təcrübəsini yaratmışıq. Gərgin sınaqlarla üz-üzə qalan millətimiz 70 illik bir dövrdə imperiya əsarətində yaşamağa məcbur olsa da, azadlıq ideyalarından uzaq düşməyib, əksinə, zaman-zaman şair və yazıçılarımızın qadağan olunan əsərlərində azadlıq çağırışı duyulub, ziyalılarımız öz fikirlərini sətiraltı ifadə ediblər.

1991-ci ilin oktyabrında Azərbaycan yenidən tarixi müstəqilliyinə qovuşdu. Amma bu dəfə də xalqımız çox ağır, mürəkkəb şəraitlə üzləşdi. Ermənistan havadarlarından güc alaraq torpaqlarımızın 20 faizini işğal etdi. Bir tərəfdən keçmiş imperiyanın əlaltıları ölkədə xaos yaratmağa çalışırdısa, digər tərəfdən müharibə xalqımızı ağır duruma salmışdı. Dağıdılmış iqtisadiyyat və nizami ordunun olmaması, əslində, müstəqilliyimizi də sual altına almışdı. Belə çətin bir zamanda dövləti idarəetmə təcrübəsi olan liderə ehtiyac yaranmışdı və xalq haqlı olaraq dünya şöhrətli siyasətçi Heydər Əliyevin siyasi hakimiyyətə qayıtmasını tələb etdi. Görkəmli dövlət xadimi hələ Sovetlər dönəmində respublikaya rəhbərlik edəndə Azərbaycanın böyük gələcəyi naminə mühüm islahatlara imza atmışdı. Sonrakı dövrdə - müstəqillik illərində bu islahatlar nəticəsini verdi. Ulu Öndər müdrikliyi və uzaqgörənliyi ilə zamanında Azərbaycanın müstəqil dövlət olacağını düşünərək bu addımları atmışdı. 1971-ci ildə Bakıda Heydər Əliyevin təşəbbüsü və tələbi ilə Cəmşid Naxçıvanskinin adını daşıyan indiki Hərbi Liseyin fəaliyyətə başlaması hələ o vaxt gənc nəslin hərbə marağının yüksəlməsinə səbəb oldu və minlərlə yeniyetmə burada oxuyaraq sonradan təhsilini keçmiş ittifaqın tanınmış hərbi məktəblərində davam etdirdi. Bu müstəqilliyimiz naminə ulu öndər Heydər Əliyevin böyük xidmətlərindəndir. Məhz bu mənada doğru deyilib ki, tarixi şəxsiyyətlər yaradır.

Təcrübəli siyasi liderin müstəqillik dönəmində də hakimiyyətə qayıdışı ilə dövlətçiliyimizin hüquqi bazası yarandı, ölkədə hökm sürən xaos və özbaşınalıqlara son qoyuldu. Azərbaycanda, bütün sahələrində olduğu kimi, ordu quruculuğu istiqamətində də düşünülmüş addımlar atıldı. Gənc müstəqil dövləti təcavüzlərdən nizami ordu qoruya bilərdi. Həmin dövrün müasirlərindən biri olaraq ölkədə cərəyan edən hadisələri diqqətlə izləyirdim. Vətənimizin taleyi üçün narahatlıq keçirən hər kəs xilas yolunu Ulu Öndərin siyasi hakimiyyətə qayıdışında görürdü. Və xalqın çağırışına biganə qalmayan dahi rəhbər 1993-cü ildə hakimiyyətə qayıtdı.

Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi və təşkilatçılığı ilə 1995-ci il noyabrın 12- də ilk milli Konstitusiyamızın qəbul edilməsi müstəqil Azərbaycanın dövlətçilik strategiyasında mühüm mərhələ oldu. Mahiyyət etibarilə insan hüquq və azadlıqlarına həsr edilən Əsas Qanunumuzda xalqın maraqları, milli dəyərlərimiz yetərincə təsbit olunub.

Azərbaycanda ordu quruculuğu siyasəti də müdrik sərkərdənin diqqət mərkəzində olan vacib məsələ idi. Ali Baş Komandanın cəbhə xəttinə ardıcıl səfər etməsi, əsgər və zabitlərlə səmimi görüşləri Silahlı Qüvvələrin şəxsi heyətində böyük ruh yüksəkliyi yaratdı və ordumuz düşmənə güclü müqavimət göstərdi. Horadiz qəsəbəsi də daxil olmaqla Füzuli rayonunun 22 kəndinin işğaldan azad edilməsi müharibədə əsaslı dönüş, cəmiyyətimizdə orduya inam yaratdı, gənclərin vətənpərvərlik ruhunun yüksəlməsinə səbəb oldu. Yüzlərlə, minlərlə köçkün ailəsi doğma yurd yerlərində qurub yaratdıqlarına görə bu gün də Ulu Öndərimizi minnətdarlıqla xatırlayır. 2016-cı ilin aprel zəfəri də əsası Ulu Öndər tərəfindən yaradılan ordu quruculuğu strategiyasının müasir dövrdə uğurlu davamının təcəssümüdür. Bu qələbəmiz bir daha sübut etdi ki, Azərbaycanda dövlətə rəhbərlik təcrübəli siyasi liderə həvalə olunub.

Möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin 2003-cü ildə siyasi hakimiyyətə gəlişi müstəqilliyimizin möhkəmləndirilməsində yeni bir mərhələ oldu. "Mən hər bir vətəndaşın Prezidentiyəm", - deyən dövlət başçısının siyasi kursunda xalqın maddi rifahının daha da yaxşılaşdırılması və ölkənin hərbi qüdrətinin formalaşdırılması məqsədilə sürətli iqtisadi inkişaf strategiyası əsas yer tutur. Məhz iqtisadi tərəqqi nəticəsində Azərbaycanda çox qısa zaman kəsiyində mühüm sosial layihələr həyata keçirildi və ölkəmiz regoinda qüdrətli dövlətə çevrildi.

İşğalda olan ərazilərimizin düşməndən azad edilməsini qarşıya prioritet vəzifə qoyan Prezident İlham Əliyev ordu quruculuğunun daha da inkişaf etdirilməsini dövlətin ən vacib vəzifələrindən hesab edir və bu istiqamətdə məqsədli islahatlar həyata keçirilir. Həm ordunun maddi-texniki təminatının yaxşılaşdırılması, həm də hərbi qulluqçulara göstərilən böyük qayğı qısa vaxtda öz bəhrəsini verdi: Azərbaycan Ordusu regionda əsas güc sahibi oldu. Aprel döyüşlərindən sonra nəinki beynəlxalq ekspertlər, habelə işğalçı dövlətin analitik qrupları da ölkəmizin hərbi qüdrətini etiraf etməyə məcbur oldular.

Ali Baş Komandan İlham Əliyevin orduda şəxsi heyətin döyüş ruhunun yüksəldilməsi məqsədi ilə hərbi hissələrdə, ön xətdə Vətənimizin müdafiəsində dayanan əsgər və zabitlərlə görüşləri hərbi qulluqçulara qələbə əzmi aşılayaraq onları döyüş tapşırıqlarının yerinə yetirilməsinə ruhlandırır.

2014-cü ilin avqustunda Ağdam bölgəsində erməni silahlı bölmələrinin atəşkəs dövründən bəri ilk güclü təxribatı baş verəndən sonra Prezident həmin rayona səfər etdi və səngərdə qalib döyüşçülərimizə dövlətin yüksək mükafatlarını şəxsən təqdim etdi. Həmin görüşdə zabitlərimizdən biri Ali Baş Komandana qətiyyətlə söz verdi ki, düşmənə öz gücünü sübut etməyə hər an hazırdır. Həmin zabit keçən ilin aprelində düşmənin hərbi təxribatının qətiyyətlə dəf edilməsində fərqlənən şəhid mayorumuz Samid İmanov idi. Prezidentimiz tərəfindən ona ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verildi.

Azərbaycan Ordusunun əsgər və zabitlərinin şücaəti hesabına cəmi bir neçə gün ərzində düşmənə sarsıdıcı zərbə endirildi və 2 min hektardan artıq ərazi işğalçılardan təmizləndi. Lələtəpə yüksəkliyinin erməni silahlı birləşmələrinin nəzarətindən çıxması nəticəsində Cəbrayıl rayonuna məxsus Cocuq Mərcanlı kəndində insanların yaşayışı üçün təhlükəsiz şərait yarandı. Bu gün həmin kənd doğma sakinlərini öz ağuşuna alıb, onlar əmin-arxayın öz ata-baba evlərində yaşayırlar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

Azərbaycan regionda ən qüdrətli dövlətdir

2019/07/11658-1562757080.jpg
Oxunub: 1023     16:22     10 İyul 2019    