Ermənistan DGK rəhbərliyinin 30 polkovnikindən yalnız 3-ü orduda xidmət edib

2019/07/sxjm3-1562748297.jpg
Oxunub: 728     16:44     10 İyul 2019    
“Ermənistan Dövlət Gəlirləri Komitəsinin saytını bir az nəzərdən keçirdikdən sonra müəyyən etdik ki, komitə rəhbərliyinin 30 polkovnikindən yalnız 3-ü orduda xidmət edib”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Jamanak” nəşri yazıb.

Erməni nəşrinə görə, orduda xidmət etməyənlər içərisində Ədliyyə Nazirliyinin generalları da var.

“Dövlət Gəlirləri Komitəsinin sədri Davit Ananyan dünən mətbuat konfransı zamanı öz strukturunun qeydə aldığı uğurları və vergilərin yığılmasını qürurla təqdim edirdi.

Dövlət Gəlirləri Komitəsinin saytını bir az nəzərdən keçirdikdən sonra müəyyən etdik ki, komitə rəhbərliyinin 30 polkovnikindən yalnız 3-ü orduda xidmət edib.

Dövlət Gəlirləri Komitəsinin sədri Davit Ananyan, onun müavini Rafik Maşadyan, Tiqran Zakaryan və bu kimi digər şəxslərin tərcümeyi-halından onların orduda xidmət etmədiyini öyrəndik.

Bundan başqa, orduda xidmət etməyənlər içərisində Ədliyyə Nazirliyinin general-leytenant və general-mayor rütbəli şəxsləri də var”, - deyə “Jamanak” bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Fərarilik  

Ermənistan DGK rəhbərliyinin 30 polkovnikindən yalnız 3-ü orduda xidmət edib

2019/07/sxjm3-1562748297.jpg
Oxunub: 729     16:44     10 İyul 2019    