Erməni politoloq: “Paşinyan ölkədə it yiyəsini tanımayan bir vəziyyət yaradıb”

2019/07/13694-1562742103.jpg
Oxunub: 458     11:32     10 İyul 2019    
“Hazırda köhnə rejim yeni simalar, yeni qüvvələr, yeni güc və dəstəklə, o cümlədən yalnız daxildə deyil, hərtərəfli mübarizəyə qoşulub”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri erməni politoloq Hayk Martirosyan Ermənistanda yaranmış böhranlı vəziyətlə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, baş verən proseslər onu göstərir ki, yaxınlarda Ermənistanda məhz saray çevrilişi olacaq.

“Siyasi səhnədən keçmiş rejimi və onun qalıqlarını uzaqlaşdırmaq üçün kəskin fəaliyyət göstərməklə prosesləri başqa istiqamətdə aparmaq üçün bütün imkanlara malik olan hakimiyyət öz funksiyasını yerinə yetirməyib. Hazırda köhnə rejim yeni simalar, yeni qüvvələr, yeni güc və dəstəklə, o cümlədən yalnız daxildə deyil, hərtərəfli mübarizəyə qoşulub. Bu da məntiqə uyğundur.

Sülh şəraitində keçmiş rejim saray çevrilişi istiqamətində fəaliyyət göstərir. Bu senari ətrafında yalnız daxili deyil, bir sıra xarici güclərlə də həvəslə əməkdaşlıq edəcək mövcud hakimiyyət daxilindən insanlar tapılacaq. Belə olan halda Paşinyanı dəstəkləyənlər ordusunun sıfıra düşməsindən parlament çevrilişi istisna olunmur. Məhz “Mənim Addımım” fraksiyasının müxtəlif qolları və parlamentin digər partiyaları tərəfindən saray çevrilişi olacaq”, - deyə erməni politoloq bildirib.

O qeyd edib ki, Paşinyan xəyanətkar axtararkən güzgüyə baxsın, bəlkə ona daha tez “qovuşdu”.

“Belə olan halda indiki iqtidar hakimiyyətdə çox qala bilməz. Keçmiş siyasi xadimlərin çoxdan siyasi səhnədən uzaqlaşdırmalı və türmələrdə cəzalarını çəkməli olduğu halda artıq siyasi amilə çevrildikləri biabırçılıqdır. Bu, inqilab liderləri tərəfindən xalq inqilabına xəyanət deməkdir. Paşinyan ölkədə it yiyəsini tanımayan bir vəziyyət yaradıb”, - deyə Martirosyan Paşinyanı vecəyaramaz “rəhbər” adlandırıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Böhran   Paşinyan  

Erməni politoloq: “Paşinyan ölkədə it yiyəsini tanımayan bir vəziyyət yaradıb”

2019/07/13694-1562742103.jpg
Oxunub: 459     11:32     10 İyul 2019    