Bakıda NATO-nun Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində işçi görüş keçirilir - VİDEO

2019/07/9e0e0-1562738178.jpg
Oxunub: 403     09:51     10 İyul 2019    
NATO-nun Tərəfdaşlıq İdarəsinin təşkilatçılığı ilə Bakıda Əməliyyat İmkanları Konsepsiyasının Qiymətləndirmə və Rəy proqramı (ƏİK) çərçivəsində Azərbaycan Respublikasında ƏİK Məlumatlar Bazası proqram təminatının yenilənməsi üzrə işçi görüşü keçirilir.

Müdafiə Nazirliyindən Ordu.az-a verilən məlumata görə, tədbirin əsas məqsədi ƏİK Qüvvələr Birliyinə bəyan edilmiş bölmələrin qiymətləndirilməsində istifadə olunan ƏİK Məlumat bazası proqram təminatının yenilənməsi və təkmilləşdirilməsi üzrə yeni təkliflərin müzakirə olunmasıdır.

İyulun 11-dək davam edəcək tədbirdə 7 NATO və 6 tərəfdaş ölkə olmaqla 13 ölkədən 21 nümayəndə iştirak edir.

Qeyd edək ki, Azərbaycan 2004-cü ildən ƏİK proqramına qoşulub. Ölkəmiz hazırda ƏİK Ortaq Qüvvələr Birliyinə bir tabor, bir kəşfiyyat bölüyü, HHQ-nin Mİ-17 helikopter cütlüyü və HDQ-nin Göyərtə Qrupunu bəyan edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbhaycan   NATO  

Bakıda NATO-nun Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində işçi görüş keçirilir - VİDEO

2019/07/9e0e0-1562738178.jpg
Oxunub: 404     09:51     10 İyul 2019    