Ermənistan ordusu sərhəddə təxribata əl atdı - Snayperlər sakinləri hədəfə alır (FOTOLAR)

2019/07/66195-10938788777.jpg
Oxunub: 10777     18:50     09 İyul 2019    
Düşmən Berd rayonunun Çinari və Muses kəndləri ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən təsərrüfat işi ilə məşğul olan Tovuz rayonunun Əlibəyli kənd sakini 35 yaşlı Rəşad Əliyevin idarə etdiyi traktoru davamlı olaraq snayper tüfəngindən atəşə tutub.

Ordu.az-ın Qərb bürosunun məlumatına görə, kənd sakini günorta saatlarında biçin sahəsində ot bağlaması yığan zaman ona snayper tüfəngindən atəş açılıb.

Atılan güllələrdən bir neçəsi traktorun kabinəsinə dəyib. Daha bir neçə güllə isə texnikanın şininə dəyərək onu partladıb. Hadisə zamanı Rəşad Əliyev sürətlə yaxınlıqdakı xəndəyə girib və xəsarət almayıb.

Dinc sakinləri hədəf alıb, cəbhədə vəziyyəti daim gərgin saxlamaq istəyən Ermənistan ordusu yenidən ciddi təxribatlar törədə bilər.

Kənd sakinləri bildirir ki, son bir həftə ərzində həyətyanı sahələrə də ara-sıra atəş açırlar. Bütün bunlara baxmayaraq, Əlibəyli kəndində həyat öz axarı ilə davam edir. Onlar bilirlər ki, cəbhəboyu vəziyyət ordumuzun nəzarəti altındadır, düşmənin törədəcəyi istənilən təxribatın qarşısı anında alınacaqdır.

Fakt Müdafiə Nazirliyi tərəfindən təsdiqlənib.

Cümşüd Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Düşmən   Ermənistan   Təxribat   Tovuz  

Ermənistan ordusu sərhəddə təxribata əl atdı - Snayperlər sakinləri hədəfə alır (FOTOLAR)

2019/07/66195-10938788777.jpg
Oxunub: 10778     18:50     09 İyul 2019    