Erməni generalın buraxılması üçün 10 milyon dram təklif edildi

2019/07/image-1562673331.jpg
Oxunub: 439     17:12     09 İyul 2019    
Manvel Qriqoryanın vəkilləri, onun 10 milyon dram müqabilində azad edilməsi üçün vəsadət ərizəsi təqdim ediblər.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan parlamentinin sabiq deputatı, general Manvel Qriqoryan bu gün keçirilən məhkəmə prosesində iştirak etməyib.

Nairi tibb mərkəzindən verilən yazılı məlumata görə, o, səhhətindəki problemlərlə bağlı keçirilən məhkəmə iclasına iştirak etməyəcək. Bu gün keçirilən məhkəmə iclasında vəkil Levon Bağdasaryan Manvel Qriqoryanın həbsi ilə bağlı vəsadət ərizəsi təqdim edib.

Vəkilin iddiasına görə, Qriqoryanın səhhətində pisləşmə qeydə alınıb və vəziyyəti həbsdə saxlanılması ilə uzlaşmır. İddia edilir ki, Manvel Qriqoryan ya xaricə müalicəyə göndərilməli, ya da həbsi ev şəraitində davam etdirilməsi üçün dəyişdirilməlidir.

Erməni vəkil, Qriqoryanın azadlığı müqabilində 10 milyon dram girov qoyula biləcəyini bildirib və vəsadətin müzakirə olunaraq təcili həyata keçirilməsini tələb edib. Məhkəmə prosesində fasilə elan edilib.

Xatırladaq ki, Manvel Qriqoryan 2016-cı ilin aprel döyüşlərində və ondan sonrakı günlərdə erməni hərbi qulluqçuların ehtiyaclarını ödəmək üçün ayrılan əmlakı mənimsəməkdə ittiham olunur.

Bildirilir ki, qanunsuz silah-sursat saxlama, partlayıcı vasitələr əldə etmə, daşıma və ona aid olan evlərdə saxlama ittihamları ilə təqsirləndirilən Manvel Qriqoryanın arvadı Nazik Amilyan məhkəmə iclasında iştirak edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Qriqoryan   Cinayət  

Erməni generalın buraxılması üçün 10 milyon dram təklif edildi

2019/07/image-1562673331.jpg
Oxunub: 440     17:12     09 İyul 2019    