Erməni KİV-i: Putin Azərbaycan və Türkiyə üçün yol açır

2019/07/aliye-1562672628.jpg
Oxunub: 950     17:55     09 İyul 2019    
Rusiya Federasiyasının prezidenti Vladimir Putin KTMT-də müşahidəçi statusu və təşkilatda təmsil olunan ölkələrin səlahiyyətlərinin aydınlaşdırılması haqqında qanun layihələri paketini təsdiq olunmaq üçün dövlət dumasına təqdim edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “1in.am” nəşri yazıb.

Nəşrə görə, sənədin əsaslandırılmasında KTMT-nin “üzv ölkələrinin nümayəndələri” anlayışı aydınlaşdırılır.

“Sənədin əsaslandırılmasında qeyd edilib ki, KTMT-nin “üzv ölkələrinin nümayəndələri” anlayışı aydınlaşdırılır. KTMT-də səlahiyyətli nümayəndə anlayışı əvəzinə daimi və səlahiyyətli nümayəndə anlayışı daxil edilir. Baş katibin müavini vəzifələri və onların anlayışı müəyyən olunur. Bu təlimatla, həmçinin güzəştlər və toxunulmazlıqlar yalnız Baş katib və onun ailəsi üçün deyil, onun müavinləri və ailə üzvləri üçün də tətbiq olunur.

Burada 1961-ci il aprelin 18-də diplomatik münasibətlər haqqında Vyana konvensiyasının əsas götürüldüyü bildirilib. Üçüncü təlimatda isə KTMT-nin “müşahidəçi” və “tərəfdaş” statusları, təşkilat üzvü olmayan, lakin onun məqsəd və problemlərini bölüşən ölkələr və beynəlxalq təşkilatlar üçün müəyyən edilməsini nəzərdə tutur.

Maraqlıdır ki, təsdiq olunmağa təqdim olunan 2002-ci il oktyabrın 7-də KTMT-nin hüquqi statusu haqqında razılaşmada dəyişikliklər edilməsi haqqında ikinci və üçüncü təlimatlar 2018-ci il noyabrın 8-də Astanada imzalanıb. Başqa sözlə, Ermənistanın Astanadakı müzakirələrdə iştirak etdiyi və öz razılığını verdiyi məlum olur”, - deyə erməni nəşri bildirir.

Nəşr qeyd edir ki, müttəfiqlər dolayı yolla institutsional səviyyədə İrəvanın fəaliyyətini tənqid edib.

“Əgər diqqət etsək, o zaman rəsmi İrəvanın razılığı ən azı qəribə görünür. Əgər ikinci təlimatın müddəaları qüvvəyə minərsə, bunun ardınca ən azı Ermənistan hakimiyyətinin KTMT-nin Baş katibi Yuri Xaçaturova qarşı fəaliyyətləri hüquqi ekvivalentlikdən kənar qalır. Məlumdur ki, KTMT-yə üzv digər ölkələr bu düzəlişləri keçən ilin yay ayında Ermənistanda baş verən dramatik hadisələrdən, yəni “1 Mart” işi üzrə KTMT-nin yüksək vəzifə sahibi olan Xaçaturova qarşı ittiham irəli sürülməsindən sonra razılaşdırıblar.

Başqa sözlə, bizim strateji müttəfiqlərimiz, dolayı yolla institutsional səviyyədə İrəvanın fəaliyyətini tənqidedici qiymətləndirərək, bu kimi hadisələrin təkrarlanmasının qanuni şəkildə qarşısını alıblar. Ermənistan faktiki olaraq, buna razı olub. Bu da Ermənistan hakimiyyətinin “prinsipial” siyasətinin növbəti təzahürüdür.

Lakin Ermənistan üçün daha böyük problemi KTMT-nin “müşahidəçi” və “tərəfdaş” statusları anlayışı yaradır. Bu addım, yayılan fikirlərə əsasən təşkilatın qapılarının Azərbaycan və Türkiyənin üzünə açılmasıdır. Başqa sözlə, Ermənistan üçün yeni pusqular qurula bilər.

Keçən il noyabrın 8-də bu məsələ Astanada müzakirə olunarkən irəli sürülən yeniliklərin Ermənistana qarşı istifadə edilməyəcəyinə dair rəsmi İrəvan zəmanət alıb, yoxsa KTMT-də bu məsələ ətrafında Ermənistana qarşı “konsensus, mənfi bir” formalaşdırılıb?

Belə çıxır ki, rəsmi İrəvan ümumi nəzər nöqtəsinə alternativ çıxış yolu olmadığına görə razı olub. Aydındır ki, KTMT-də əsasnamə dəyişiklikləri Moskvanın təşəbbüsü ilə həyata keçirilir. Və sual yaranır, bu dəyişikliklər inqilabçı Ermənistanı cəzalandırmaq, yoxsa daha qlobal məqsəd daşıyır?”, - deyə “1in.am” nəşri qeyd edir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

Erməni KİV-i: Putin Azərbaycan və Türkiyə üçün yol açır

2019/07/aliye-1562672628.jpg
Oxunub: 951     17:55     09 İyul 2019    