Azərbaycan Ordusunun Hərbi təhsil sisteminin inkişafına dəstək üzrə Azərbaycan-NATO birgə fəaliyyət planına uyğun olaraq Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı (DEEP) çərçivəsində Silahlı Qüvvələrin Hərbi Akademiyasında NATO-nun ekspert qrupu ilə xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin professor-müəllim heyəti arasında görüş keçirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən
Ordu.az-a verilən məlumata görə, iyulun 10-dək davam edəcək tədbirdə NATO-nun ekspert qrupu tərəfindən distant təhsilinin prinsipləri, onun platformasının və təhsil modullarının yaradılmasına dair təqdimatlar verilir və praktik məşğələlər keçirilir.
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Azərbaycan
NATO