Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Kasperski labaratoriyası təşkilatının Ermənistan nümayəndəliyi məlumat yayıb.
Məlumata görə, 2018-ci il ərzində kompüter istifadəçilərinin 13%-nin kompüterlərinə gizli müdaxilə qeydə alınıb. 2017-ci ildə həmin göstərici 9,3% təşkil edib. Gürcüstanda bu cür hücumlara məruz qalan istifadəçilərin tərkibi 2017-ci ildə 6,73%, 2018-ci ildə isə 9% təşkil edib. Azərbaycan da isə bu göstərici müvafiq olaraq, 5,28% və 7% olub.
Labarotoriya tərəfindən 2019-cu ilin 1-ci rübündə bütün dünya üzrə 11 min 971 yeni mayner növü və onların tətbiq edilməsi ilə 1197066 istifadəçinin kompüterlərinə hücumlar qeydə alınıb.
Alpər Mövludoğlu
Ordu.az