Erməni hərbi prokuror 25 il əvvəl baş verən qətl işi üzrə apelyasiya şikayəti təqdim edib

2019/07/02020-1562669527.jpg
Oxunub: 784     20:48     09 İyul 2019    
Ermənistan Apelyasiya Məhkəməsi Ermənistan Hərbi Prokurorluğunun 25 il əvvəl baş vermiş qətl hadisəsi ilə bağlı apelyasiya şikayətini icraata qəbul edərək istintaqa başlayıb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistan prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, 2018-ci ilin iyul ayında Ermənistan polisinin Vağarşapat şəhər şöbəsinə “P” adlı şəxsin şikayət ərizəsi daxil olub. Şikayət ərizəsində bildirilir ki, 1994-cü il aprelin 14-də Armavir vilayətinin Taronik kəndi ərazisində fəaliyyət göstərən restoranlardan birində baş verən mübahisə nəticəsində atası “M.P” adlı şəxsi “P.Q” adlı şəxs öldürüb. Lakin qətlin baş vermə şəraiti saxtalaşdırılaraq, cinayətkar cəmi 1 il azadlıqdan məhrum edilib.

Edilən müraciət əsasında materiallar hazırlanarkən “P” adlı şəxs etdiyi müraciəti təsdiqləyib və bildirib ki, bu məlumatı ona hadisə şahidləri verib. Daha sonra “H.Q” adlı cinayətkarın əmisi “M.Q” adlı şəxs onların evinə gələrək, babasını təhdid edib. Nəticədə onlar qorxudan heç bir şikayət təqdim etmədən Ermənistanı tərk ediblər.

Materiallar hazırlanan zaman əldə edilən məlumata əsasən məlum olub ki, Ermənistan Müdafiə nazirinin müavininin imzası ilə 1993-cü il martın 13-də arayış verilərək “M.P” adlı şəxs 1994-cü il aprelin 16-da xidməti vəzifə borclarını yerinə yetirərkən həlak olub. Əldə edilən məlumatlara əsasən, polis vəzifə səlahiyyətindən sui-istifadə etmə, şəxsi ambisiyalar və ya qrup şəklində maraqlarından irəli gələrək, sənəd saxtalaşdırılması üzrə cinayət işi açılıb.

Ermənistan İstintaq Komitəsinin hərbi istintaq baş idarəsində aparılan araşdırma nəticəsində məlum olub ki, Üçmüədzin şəhər sakini “Toç Pribor” zavodunun direktoru “M.P” və daha 3 şəxslə birlikdə 94-cü il aprel ayının 16-da Aknalic kəndi yaxınlığındakı göl ərazisində yerləşən restorana gedib.

Orada baş verən mübahisə nəticəsində “H.Q” adlı şəxs tapançasını çıxararaq öncə havaya, daha sonra Mher Poğosyan istiqamətinə atəş açıb. Atəş açan şəxs dərhal hadisə yerindən uzaqlaşıb, yaralı xəstəxanaya aparılsa da orada ölüb.

Hadisə ilə bağlı 1994-cü il aprelin 17-də cinayət işi açılıb. Öncə “H.Q” adlı şəxsə qarşı həyat üçün təhlükəli üsulla qətl törətməsi üzrə cinayət işi açılıb. Lakin 1994-cü il aprelin 26-da “H.Q”yə qarşı irəli sürülən ittihamın dəyişdirilməsi haqqında qərar qəbul olunub.

İlkin araşdırma zamanı Ermənistan Müdafiə Nazirliyi idarəsindən “M.P”ya dair arxiv sənədləri götürülərək, ölən şəxsə həlak olmuş statusu verilib. Toplanan materiallara əsasən, “M.P”nın hərbi xidmətlə heç bir əlaqəsi olmayıb və döyüş əməliyyatlarında iştirak etməyib. “M.P”nın 1994-cü il aprelin 16-da işğal altında olan Qarabağın Ağdərə bölgəsinin Madagiz kəndində həlak olması barədə məlumat cinayət materialındakı digər araşdırma sənədləri ilə ziddiyət təşkil edir.

2018-ci il dekabrın 10-da Ermənistan hərbi prokuroru Vahe Harutyunyanın qərarı ilə yeni detallarla bağlı cinayət işinin icraatına başlanılıb. Məlum olub ki, əvvəlki məhkəmə işi üzrə əldə edilən materiallarla bağlı qərar qanunauyğun və əsaslandırılmış olmayıb. Cinayət işinin araşdırılması nöqsanlarla və cinayət məhkəmə normalarının pozulması ilə həyata keçirilib.

Qeyd edilən bütün məqamları nəzərə alaraq, Ermənistan hərbi prokuroru Vahe Harutyunyan apelyasiya şikayəti təqdim edərək, 25 il bundan əvvəl qətl işi üzrə bağlı hökmün ləğv edilməsi və işin yenidən istintaqı üçün ilkin instansiya məhkəməsinə qaytarılmasını tələb edib.

Şikayətin məhkəmə müzakirəsi hazırda davam etməkdədir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Cinayət  

Erməni hərbi prokuror 25 il əvvəl baş verən qətl işi üzrə apelyasiya şikayəti təqdim edib

2019/07/02020-1562669527.jpg
Oxunub: 785     20:48     09 İyul 2019    