Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, iyulun 6-da, 6 ay əvvəl ordudan tərxis olaraq geri qayıdan gənc özünü mal damından kəndirlə asıb.
21 yaşlı gənci valideynləri xəstəxanaya çatdırsa da o, yolda keçinib.
Baş verən hadisə barədə hər hansı versiya hələlik məlum deyil. Həmkəndlilərinin dediyinə görə, intihar edən gənc son vaxtlar özünə qapanmış vəziyyətdə olub.
Hüquq mühafizə orqanları baş verən hadisənin detallarını araşdırmaqda davam edir.
Alpər Mövludoğlu
Ordu.az