““Radius” artıq unikal və təkrarı olmayan bir məhsul kimi efirdə öz yerini bərkidib” - MÜSAHİBƏ (EKSKLÜZİV)

2019/07/46526-1562662719.jpg
Oxunub: 1771     12:58     09 İyul 2019    
“Bir məsələ də var ki, bu hərbi-siyasi bir verilişdir, çox həssas bir sahədir. Tək tamaşaçı deyil, əməkdaşlıq etdiyimiz Müdafiə Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi, digər güc strukturları da bizi tanımalı idilər, nə olduğumuzu, ortaya nə cür bir məhsul qoymaq istədiyimizi görməli idilər ki, onların da qarşısında etibar qazanaq”.

“Radius” hərbi-analitik proqramının müəllifi və aparıcısı Heydər Mirzənin Ordu.az-a eksklüziv müsahibəsini təqdim edirik:

- “Radius” verilişinin ilk dəfə efirə çıxmasından artıq bir il ötür. İlk öncə verilişin yaradılması ideyası haqqında məlumat verərdiniz.

- İlk öncə, fürsətdən istifadə edərək, Ordu.az və Armiya.az saytlarının kollektivinə demək olar ki, son bir il ərzində əməkdaşlığımıza verdikləri tövhəyə görə təşəkkürümüzü bildirirəm. Ekspertləriniz “Radius”un daimi qonaqları, mürəkkəb mövzulara toxunan qonaqlarıdırlar. Biz buna böyük dəyər veririk.

“Radius”a gəldikdə... Bilirsiniz ki, keçən il İctimai Televiziyada rəhbərlik dəyişikliyi baş verdi və yeni komanda formalaşdırıldı. Mən buna qədər heç vaxt televiziyada işləməmişəm və bilirsiniz ki, jurnalist də deyildim. Sadəcə qızmar yay günlərinin birində Baş direktorumuz Balakişi Qasımov tərəfdən dəvət olundum və təxminən bir saat sürən söhbət əsnasında kanalda artıq başlanan dəyişikliklər, yeni planlar, prioritetlər haqqında öyrəndim. Və mənə hərbi mövzuda verilişin ideyası üzərində düşünmək təklif olundu. Açığı, o ideya artıq bir qədər kiçik və daha çox internet TV-yə uyğun olan formatda sizə “Hans Kloss” ləqəbi ilə yaxşı tanınan hərbi bloqer – analitik dostumla fikrimizdə vardı. Bu layihəni efir formatına uyğunlaşdırdıq, ad, brend və s. haqqında düşündük. Kanalın rəhbərliyi, televiziya sahəsində uzun müddətdir ki, çalışan mütəxəssislərin də köməyi çox oldu, çünki ümumilikdə efirinin tələbləri çox ciddidir, yəni internetdən, bloqdan çox fərqlidir.

Onu da qeyd etməliyəm ki, TV-aparıcısı kimi təcrübəmin olmaması səbəbindən, ilkin mərhələdə özümü aparıcı olaraq deyil, yalnız layihənin rəhbəri və müəllifi olaraq görürdüm. Lakin daha sonra kanalın rəhbərliyi məsləhət gördü ki, aparıcı rolunu da üzərimə götürüm, layihənin siması olum. Mənə elə gəlir ki, bu çox düzgün qərar oldu.

- “Radius” konsepsiyasının əsas məqsədləri nədən ibarətdir?

- Hələ layihənin işlənməsi mərhələsində gəldiyimiz başlıca qənaət belə oldu ki, “Radius” ölkəmizdə bu günə kimi mövcud olan hərbi verilişlərdən onun məhz hərbi-siyasi və hərbi-texniki analitikaya üstünlük verməsi ilə fərqlənəcək. Təbii ki, verilişdə çox ciddi vətənpərvər element var, bu aydın müşahidə olunur. Ancaq “Radius” hərbi-vətənpərvər veriliş deyil, analitik verilişdir. Tərəfdaşların, ekspertlərin seçilməsində də bu məqam böyük rol oynayır.

- Bir il ərzində “Radius” qarşısına qoyduğu məqsədlərinə hansı dərəcədə nail ola bildi? Hansı nailiyyətləri əldə edə bildi?

- Təsəvvür edin, bir televiziya sezonu ərzində, yəni keçən ilin sentyabrın sonundan bu ilil iyun ayının sonuna kimi düz 38 buraxılış hazırladıq. Həftəlik. İkicə dəfə təkrarımız oldu, yəni bayramlar olur bilirsiniz. Sanki həftədə bir dəfə bir sənədli film çəkirsən. Mürəkkəb və nibətən daha sadə, tanınan və tam yeni mövzulara toxunduq, yeni yerli və xarici ekspertləri tanıtdıq. Əsas da odur ki, “Radius” artıq unikal, təkrarı olmayan bir məhsul olaraq efirdə və tamaşaçıların rəyində öz yerini bərkidib, tanınıb. Əmin olun ki, növbəti sezonda format və məzmun baxımından daha da təkmilləşəcəyik.

- Həftədə bir dəfə həm hərbi, həm geosiyasi mövzularda aktual məsələləri əhatə edirsiniz, həm də yerli və xarici ekspertlərlə unikal reportajlar hazırlayırsınız. Çatdırmaq çətin olmur ki?

- Asan deyil. Xüsusən də layihənin ilk həftələrində, aylarında. Bir məsələ də var ki, bu hərbi-siyasi bir verilişdir, çox həssas bir sahədir. Tək tamaşaçı deyil, əməkdaşlıq etdiyimiz Müdafiə Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi, digər güc strukturları da bizi tanımalı idilər, nə olduğumuzu, ortaya nə cür bir məhsul qoymaq istədiyimizi görməli idilər ki, onların da qarşısında etibar qazanaq.

Hesab edirəm ki buna nail olduq. Böyük həcmdə informasiya ilə işləməli oluruq. Bu informasiyaların təhlili çox vacibdir və mövzu olaraq efirdə işlənilə biləcək məqamların seçilməsi çox vaxt aparır. Bundan başqa studiyaya dəvət olunan qonaqlarla sualların razılaşdırılması, süjetlər üçün kadrarxası mətnlərin hazırlanması və ən əsasən də çəkiliş, montaj prosesi. Elə vaxt olub ki, səhər saat 11-dən axşam saat 6-ya kimi studiya çəkilişində olmuşuq, axşam saat 10-da cəbhə xəttinə yola düşmüşük, səhərə yaxın ünvana çatıb, çəkilişlərə başlamışıq və günün sonunda tezdən Bakıya qayıtmışıq. Sabahısı gün də montaj. Yəni, elə olur ki, 48 saatdan çox yatmırsan. Təbii ki, müvafiq strukturlarla yazışmalar, razılaşdırmalar da çox vaxt aparır, bu normaldır, anlaşılandır. Lakin telekanalımızın rəhbərliyinin layihəyə ayırdığı qayğı və diqqət, komandamızın keyfiyyəti ilə çox razıyam.

Keçmiş təcrübəmiz də bizə çox kömək edir. İTV-dən öncəki fəaliyyətim, bildiyiniz kimi, hərbi-siyasi analitika sahəsi ilə bağlı idi. 2010-2018-ci illərdə qazandığım təcrübə, “Hans Kloss”un illərdir apardığı informasiya müharibəsi, düşmən ordusunun hərtərəfli təhlili, hərbi-texniki sahədəki bilikləri olmasa, çox çətin olardı. Texniki heyətimizin də fəaliyyətini qeyd etmək istərdim. Görünməz olan, lakin verilişin hazırlanmasında əvəzolunmaz rol oynayan adamları nəzərdə tuturam – operatorlardan sürücülərə, montajçılardan texniki yardımçılara qədər. Sağ olsunlar.

- Azərbaycan televiziya tamaşaçısı hazırda məhz Sizin veriliş vasitəsilə hərb tarixi, müdafiə sənayesi şirkətləri və onların son məhsulları, terrorla mübarizə, müasir hərbi strategiyalar barədə məlumat əldə edir. Səngər və topxana rubrikaları marağa səbəb olur. Lakin hər bir verilişin inkişaf planları da mövcud olur. Gələcək planlar barədə nə deyə bilərsiniz?

- Öncədən demək istəmirəm, lakin artıq qeyd etdiyim kimi, yeni sezonda “Radius” daha da təkmilləşdiriləcək. Dinamika artacaq, süjetlərin, dediyiniz o rubrikaların sayı artacaq.

- Çox sayda hərbçilərlə təmasda olursunuz, müsahibələr, analizlər hazırlayırsınız. Hər bir peşəkar hərbçidən müsahibə almaq üçün onun sahəsinin incəliklərini, aktual problemlərini və inkişaf tendensiyasını oxumaq, öyrənmək, audiotoriyanı maraqlandıran şablondan kənar suallar hazırlamaq lazım olur. Bu bir ildə ən yaddaqalan hadisələr, verlişlər və müsahibləri sadalaya bilərsinizmi?

- Təbii ki, özümüz də yeni şeylər öyrənirik. Yeni insanlarla tanış oluruq. Və bunların böyük əksəriyyəti hərbçilərdir. Verilişimizin elə ilk sezonunda qazandığımız, əldə etdiyimiz başlıca dəyər məhz bu insanlardır. Bəziləri ilə artıq sadəcə işgüzar deyil, dost münasibətlərimiz yaranıb. Yadda qalan hadisələr çox olur, təbii ki. Ən yadda qalan buraxılışlar da var. Təbii ki, müəllif olsam da, mən də anlayıram ki, bütün buraxılışlar, bütün mövzular eyni cür maraqlı ola bilməz. Xüsusi təyinatlı sualtı hücüm və müdafiə dəstələrinin hazırlıq prosesi, Talış və Lələtəpə istiqamətindəki çəklişlərimiz, hava hücumundan müdafiə sistemləri, düşmən ordusunda itkilərin gizlədilməsi mexanizmi, ordumuzda qidalanma, dağ atıcı hazırlığı və s. Çoxdur, biz bu mövzuları növbəti mövsümdə də davam etdirəcəyik.

- Müsahibə üçün təşəkkür edirik!

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Radius   Heydər-Mirzə  

““Radius” artıq unikal və təkrarı olmayan bir məhsul kimi efirdə öz yerini bərkidib” - MÜSAHİBƏ (EKSKLÜZİV)

2019/07/46526-1562662719.jpg
Oxunub: 1772     12:58     09 İyul 2019    