Gənclər hərbi xidmətə yola salınıblar - FOTO

2019/07/17365-1562649406.jpg
Oxunub: 708     09:54     09 İyul 2019    
Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, xidmətin Şahbuz və Sədərək Rayon şöbələrində gənclərin müddətli həqiqi hərbi xidmətə yola salınması mərasimləri keçirilib.

Ordu.az xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Şahbuz Rayon Şöbəsində çağırışçıların hərbi xidmətə yola salınması mərasimində əvvəlcə ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Xidmətinin Şahbuz Rayon şöbənin rəisi Qorxmaz Şükürlü gəncləri Vətənə xidmətə yola düşmələri münasibətilə gəncləri təbrik edib. Tədbirdə digər çıxış edənlər bildiriblər ki, bu gün gənclərimiz böyük ruh yüksəkliyi ilə hərbi xidmətə yola düşürlər. Əminliklərini bildiriblər ki, ordu sıralarına yola düşən gənclər öz vəzifələrinin öhdəsindən layiqincə gələcəklər.

Valideyn Pərviz Paşayev övladını hərbi xidmətə yola salmaqdan qürur duyduğunu bildirib, çağırışçılara hərbi xidmət zamanı nizam-intizamlı olmağı, verilən əmr və tapşırıqların yerinə yetirilməsinin vacibliyini diqqətə çatdırıraq onlara uğurlar arzulayıb.

Çağırışçılar adından çıxış edən Nuri Mehnətli vətənə şərəflə xidmət edəcəklərini, komandirlərin tapşırıqlarını sözsüz yerinə yetirəcəklərini bildirib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sədərək Rayon şöbəsində gənclərin müddətli həqiqi hərbi xidmətə yola salınması mərasimində də tədbir Azərbaycan Respublikasının Dövlət Himnini səsləndirməklə başlayıb. Tədbiri şöbənin rəisi Nüsrət Vəliyev açaraq gəncləri təbrik edib, onlara hərbi xidmətdə uğurlar arzulayıb.

Digər çıxışçılar Azərbaycan Ordusunun şanlı tarixindən söhbət açıb, son illərdə ölkə başçısının xüsusi diqqət və qayğısı sayəsində ordumuzun regionun ən güclü və qüdrətli ordusuna çevrildiyi qeyd ediblər.

Çağırışçılar adından çıxış edən Bakir Sadıqzadə vətən torpaqlarının keşiyində mətinliklə dayanacaqlarına söz verib .

Valideynlər adından Akif Qasımov çıxış edərək ordu sıralarına yola düşən gənclərə xoş arzularını çatdırıb.

Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində gənclərin müddətli həqiqi hərbi xidmətə yola salınması mərasimində əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini, mayor Cavid Məmmədov, Naxçıvan Muxtar Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurasının sədri Firudin Süleymanov, Ağsaqqallar Şurasının sədri Məmməd Məmmədov, Naxçıvan Muxtar Respublikası Ədliyyə nazirinin müavini Emin Səfərov, Gənclər və idman nazirinin müavini Məcid Seyidov və Təhsil nazirinin müavini Ovni Muradov çıxış edərək, əlamətdar hadisə münasibətilə çağırışçıları və onların valideynlərini təbrik ediblər. Valideyn Şakir Ağalarov ordu sıralarına yola düşən gənclərə xoş arzularını çatdırıb, övladının hərbi xidmətə yollanmasından qürur hissi keçirdiyini deyib.

Çağırışçılar adından çıxış edən Anar Əsədov Vətənə şərəflə xidmət edəcəklərinə, komandirlərin tapşırıqlarını vaxtında və layiqincə yerinə yetirəcəklərinə söz verib.

Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, polkovnik-leytenant Daşqın Rəhimov çıxışında bildirib ki, ölkəmizdə ordu quruculuğuna göstərilən dövlət qayğısı Silahlı Qüvvələrimizin hərtərəfli inkişafına və güclənməsinə səbəb olub. Bu sahədə görülən işlərin nəticəsidir ki, hazırda ölkəmizin təhlükəsizliyini etibarlı təmin edən müasir və güclü ordumuz var. Ordumuz istənilən anda işğal altında olan torpaqlarımızı azad etməyə qadirdir. Ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər Silahlı Qüvvələrin Naxçıvan Muxtar Respublikasında yerləşən hissələrinin də inkişafına hərtərəfli şərait yaradıb, maddi-texniki təminat gücləndirilib, şəxsi heyətin mənəvi-psixoloji hazırlığına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırılıb. Bütün bunlar çağırışyaşlı gənclərin hərbi hissələrdə nümunəvi xidmətinə imkan verib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başa çatıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Hərbi-xidmət   Səfərbərlik   Əsgər  

Gənclər hərbi xidmətə yola salınıblar - FOTO

2019/07/17365-1562649406.jpg
Oxunub: 709     09:54     09 İyul 2019    