Türkiyənin keçmiş XİN rəhbəri: “Azərbaycan torpaqlarının işğalının davam etməsi beynəlxalq ictimaiyyət üçün biabırçılıqdır”

2019/07/13e64-1562570662.jpg
Oxunub: 12069     11:30     08 İyul 2019    
“Ermənistan hələ də təcavüzkar siyasətini və Azərbaycan torpaqlarının işğalını davam etdirir və bu, beynəlxalq ictimaiyyət üçün biabırçılıqdır”.

Ordu.az xəbər verir ki, bunu Türkiyənin keçmiş Xarici İşlər naziri Hikmət Çətin Bakıda “Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illiyi” münasibətilə keçirilən konfransda deyib.

Onun sözlərinə görə, bu gün regionda məğlub olan yeganə ölkə elə Ermənistanın özüdür: “Onlar regiondakı faydalardan yararlanmaq istəyirsə, düşmənçilik və işğalçılıq siyasətindən əl çəkməlidirlər. Ötən əsrin 90-cı illərində erməni diplomatlara bu barədə çox danışdıq, ancaq onlar hər cür təmaslardan qaçırdılar”.

H.Çətin əlavə edib ki, Azərbaycanla Türkiyə arasında münasibətlər çox möhkəmdir, bir sıra genişmiqyaslı birgə layihələr həyata keçirilir.

“Azərbaycan xarici siyasəti ilə qürur duya bilər. Azərbaycan güclü olduğu müddətdə Türkiyə də güclüdür”, - o, fikrini tamamlayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Azərbaycan   Qarabağ  


Bizi "telegram"da izləyin