Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri ümumerməni zabitlər birliyinin üzvü Artur Buniatyan deyib.
O iddia edib ki, bu birlik Ermənistan üçün istər təhlükəsizlik, istərsə də sərhədlə bağlı əhəmiyyətli alətdir.
“Aprel döyüşləri sistemli bir sui-qəsd idi, detallar aydınlaşdırılmalıdır. Birliyin üzvü Vardan Çaxmaxçyanın qeyd etdiyi kimi birliyə yalnız orduda xidmət etmiş, lakin bu gün orduda xidmət etməyən, Ermənistanın müdafiəsinə və təhlükəsizliyinə aidiyyəti olan güc strukturlarının zabitləri üzv ola bilərlər”, - deyə Buniatyan bildirib.
O əlavə edib ki, hökumətin dəstəyi olmadan bu birlik heç nə vəd etmir.
Qeyd edək ki, Ermənistan regionda öz işğalçılıq siyasətini həyata keçirmək üçün silahlı qüvvələr çərçivəsindən kənarda yarımhərbi birliklər, təşkilatlar formalaşdırır. Formalaşdırılan yeni təşkilatın da bir sıra qanunsuz, gizli fəaliyyətlərə cəlb ediləcəyi istisna edilmir.
Alpər Mövludoğlu
Ordu.az