Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Aştarak dərəsində jurnalistlərlə söhbəti zamanı erməni parlamentinin sabiq sədri, “Respublikaçılar partiyası”nın ali orqanının üzvü Qalust Sahakyan deyib.
Onun sözlərinə görə, ölkə Paşinyanın əlindədir və hökuməti o idarə edir.
"Ermənistanda parlament, hökumət yoxdur, yalnız nə isə etməyi "bacaran" Paşinyan mövcuddur. Ölkədə baş verən böhranın bir gün düzələcəyinə ümid edirəm. Lakin bu proses Paşinyanın hakimiyyətdən gedəcəyi təqdirdə mümkün olacaq", - deyə Sahakyan vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az