Apreldə məhv edilmiş erməni kapitanın anası: “Bu döyüşlər 5 rayonun təhvil verilməsi məqsədi ilə razılaşdırılıb”

2019/07/34-15-1562401524.jpg
Oxunub: 27683     13:57     06 İyul 2019    
“Baş verən döyüşlərin razılaşdırılmış olduğunu heç vaxt inkar etməyəcəm”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri 2016-cı ilin aprel döyüşlərində işğal altında olan Dağlıq Qarabağın Ağdərə yaşayış məntəqəsinin yaxınlığındakı ön xətt mövqelərində ölən kapitan Armenak Urfanyanın anası Hamest Mersisyan döyüşlərin istintaqı məqsədi ilə yaradılan komissiya haqqında öz fikirlərini bildirərkən deyib.


Onun sözlərinə görə, bu döyüşlər 5 rayonun təhvil verilməsi məqsədi ilə razılaşdırılıb, lakin bu məsələ nədənsə gizlədilir.

“Baş verən döyüşlərin razılaşdırılmış olduğunu heç vaxt inkar etməyəcəm. Həmişə bu barədə danışıb müəyyən məqamları xatırladıram. Mart ayında hər gün itkilər baş verməsi, diversiya qruplarının müdaxilələri, döyüş vəziyyəti barədə heç nə deyilmədi. Həmişə təəccüb içindəyəm. Əgər bu razılaşdırılmış döyüşlər deyildisə, keçmiş Ali baş komandan hara baxırdı?”, - deyə Mersisyan bildirib.

O qeyd edib ki, günahkarların aşkar olunması üçün yaradılan komissiya olduqca faydasızdır.


“Nə qədər etsələr, nə qədər komissiyalar yaratsalar, nə qədər inkar etsələr, döyüşlərin baş verməsindən xəbərdar olmadıqlarını bildirsələr də, heç vaxt bunun həqiqət olduğuna inanmayacam. Komissiyanın fəaliyyəti nəticəsində günahkarlar aşkar edilsə belə, bu döyüşlərin 5 rayonun təhvil verilməsi məqsədi ilə razılaşdırılmış döyüş olduğuna əminəm. Oğlum kapitan Urfanyan dəfələrlə xahiş edib yardım istəsə də, əmr olmadığına görə heç bir yardım edilməyib və o, müstəqil fəaliyyət göstərib”, - deyə Urfanyanın anası qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-hərbi-qulluqçu   Diversiya   Aprel-döyüşləri  


Bizi "telegram"da izləyin