Hərbi hissədə bədbəxt hadisə baş verib

2019/07/0d86c-1562399623.jpg
Oxunub: 31282     11:49     06 İyul 2019    
İyulun 6-da səhər saatlarında hərbi hissələrdən birində bədbəxt hadisə baş verib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, tank mərmisinin atımının hərbi qulluqçunun əlindən yerə düşməsi nəticəsində partlayış olub.

Nəticədə iki hərbi qulluqçu - gizir Ağalarov Amiddin Şahmalı oğlu və kiçik çavuş Salahov Samir Çingiz oğlu həlak olub.

Müdafiə Nazirliyinin rəhbərliyi həlak olanların yaxınları və əzizlərinə dərin hüznlə başsağlığı verir, səbir diləyir.

Hadisə nəticəsində gizir Məmmədov Nurlan Rəhim oğlu ağır yaralanıb.

Faktla bağlı araşdırma aparılır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: MN   Hərbi-hissə  


Bizi "telegram"da izləyin