“İran-ABŞ qarşıdurmasında Ermənistanın nə edəcəyinə dair planı yoxdur” - Sarkisyan

2019/07/Suren-1562328027.jpg
Oxunub: 11067     20:00     05 İyul 2019    
“Hazırda Ermənistanın hər hansı dövlət qurumunun İrana qarşı əlavə sanksiyalar tətbiq edildiyi halda strateji addımlar ardıcıllığı və ya strategiyası, yaxud İran-ABŞ qarşıdurması baş verdiyi halda Ermənistanın nə edəcəyinə dair bir planı yoxdur”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə beynəlxalq məsələlər üzrə erməni mütəxəssis Suren Sarkisyan ABŞ-İran münasibətlərinin kəskinləşməsinə toxunarkən deyib.

Onun sözlərinə görə, bu məsələdə bir məqam var və buna heç kim toxunmur.

“İran HHM sistemləri bir neçə uçan obyekti qeydə aldığını və bunlardan birinin PUA olduğunu bəyan edir. Belə çıxır ki, İran bütün növ insan itkilərindən yayınaraq, məhz PUA-nı məhv edib. Bu məqam çox vacibdir, çünki faktiki olaraq Vaşinqton buna cavab verib. Əməliyyat planlarına uyğun olaraq, əgər ABŞ-a aid olan aparat məhv edilirsə, bu halda qaydalara uyğun olaraq, Birləşmiş Ştatlar atəş açılan obyektlərə cavab zərbəsi endirməlidir. Buna isə prezidentin əmri zəruridir. İndi nə baş verdi? ABŞ mətbuatı bəyan edərək bildirdi ki, Tramp peşman olub, əvvəlcə əmr verdi, daha sonra bu əmri ləğv edib”, - deyə o bildirib.

Lakin Sarkisyan qeyd edir ki, əslində bu belə olmayıb: “ABŞ-ın müvafiq Hərbi Hava Qüvvələri havaya qalxaraq, onlara aid PUA-nı məhv edən hədəflərə zərbə endirməyə hazırlaşıb. Lakin bunun üçün prezidentin icazəsinə zərurət var. Buna görə də, Pentaqonun generalları Ağ Evə gedərək, prezidentdən belə bir icazə verməsini xahiş ediblər. Nə qədər insan itkisinin olacağı sualına cavab olaraq, Pentaqon generalları 130-200 olacağını bildirib.

Maraqlıdır ki, Tramp insan itkilərindən yayınmağın zəruri olduğuna qərar verib. Tramp iranlıların təyyarəyə atəş aça biləcəyi, lakin pilotsuzu vurduğunu və nəticədə ABŞ tərəfinin hərbçi itkisi vermədiyini nəzərə alıb. Məhz buna görə Tramp İrana zərbə endirilməsi planını ləğv edib. O, İrana zərbə endirilməsinə icazə verməyərək, əvəzində İranın yüksək vəzifəli məmurlarına qarşı sanksiyalar tətbiq edib.

Yaranmış vəziyyət onu göstərir ki, tərəflər gərginlikdən, birbaşa silahlı qarşıdurmadan yayınmağa çalışır və bu bölgədə silkələnmələr olmaması baxımından çox vacibdir. Hamı bilir ki, bu toqquşmalar İran və ya ABŞ ərazisində baş verməyəcək”.

Belə olan halda Ermənistanın mövqeyinin nədən ibarət olacağı, necə siyasət aparmalı olduğuna dair, “168.am” saytının sualına cavab olaraq, o, Ermənistan vəziyyətin istənilən inkişaf ssenarisinə hazır olmalıdır deyə cavab verib.

“Hətta ssenarinin inkişaf ehtimalının 1% olduğu halda belə Ermənistan buna hazır olmalıdır. Hazırda Ermənistanın hər hansı dövlət qurumunun İrana qarşı əlavə sanksiyalar tətbiq edildiyi halda strateji addımlar ardıcıllığı və ya strategiyası, yaxud İran-ABŞ qarşıdurması baş verdiyi halda Ermənistanın nə edəcəyinə dair bir planı yoxdur. Bunu Ermənistanın ən başlıca təhlükəsizlik təhdidlərindən biri hesab edirəm. Heç bir işlə məşğul olmayan, hətta təhlükəsizlik strategiyasını hazırlamamış Təhlükəsizlik Şurası ilk növbədə bu məsələ ilə məşğul olmalı, Ermənistanın yüksək vəzifəli komandanlıq heyətinə strateji addımlar ardıcıllığı yazmalı və təqdim etməli idi. Bu çox ciddi çağırışdır və Ermənistan hakimiyyətinin ilk növbədə məşğul olacağı sahədir.

Gürcüstanda baş verənlər Ermənistan üçün eyni qaydada vacibdir. Gürcüstanda, yaxud İranda istənilən silkələnmə Ermənistanda hiss ediləcək. Çünki İran və Gürcüstan Ermənistanın dünyaya doğru açılan iki qonşu ölkələridir. Hər iki ölkədə baş verən hər hansı silkələnmə Ermənistanın həm siyasi, həm iqtisadi həyatına mənfi təsir göstərir” - deyə Sarkisyan sözlərini tamamlayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   ABŞ-İran  


Bizi "telegram"da izləyin