Milli Məclisin deputatı NATO-nun tanıtım proqramında iştirak edəcək

2019/06/nato--1561728000.jpg
Oxunub: 8377     17:20     28 İyun 2019    
Milli Məclisin deputatı, NATO Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü Kamran Bayramov Assambleyanın iyulun 1-də və 2-də NATO-nun Brüssel şəhərindəki mənzil qərargahında təşkil etdiyi tanıtım proqramında iştirak edəcək.

Parlamentdən Ordu.az-a verilən məlumata görə, tədbir çərçivəsində deputat NATO-nun siyasətinə, tərəfdaşları ilə münasibətlərinə, həyata keçirdiyi əməliyyatlara, Alyansın Parlament Assambleyası ilə əməkdaşlığına həsr olunan müzakirələrdə, habelə təşkilatın yüksək vəzifəli mülki və hərbi rütbəli rəsmi şəxsləri, o cümlədən quruma üzv olan dövlətlərin daimi nümayəndələri ilə görüşlərdə iştirak edəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   NATO  


Bizi "telegram"da izləyin