Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəszilik Xidmətinin mətbuat mərkəzi məlumat yayıb.
Əldə olunmuş məlumatlara görə, Ermənistanın iki vətəndaşı hərbi çağırışla bağlı tibbi qərar almaq bəhanəsilə İrəvan tibb mərkəzlərindən birinin şöbə rəisi ilə görüşüb. Görüş müddətində əvvəlcədən planlaşdırılmış "ssenari" ilə müəyyən məbləğ tələb olunub və müvafiq danışıq baş baş tutub. Daha sonra baş tutmuş danışığı səsyazması qeydə alınıb.
Daha sonra tibb mərkəzinin şöbə rəisinin səsini yazmış şəxslər onu təhdid edərək 1500 dollar pul tələb ediblər. 2019-cu ilin 20 iyununda Ermənistan Milli Təhlükəszilik Xidmətinin əməkdaşlarının nəzarəti altında 1500 dollar məbləğ həmin şəxslərə ödənilib. Bundan sonra isə qeyd edilən şəxslər həbs olunub.
Həbs olunmuş şəxslərə qarşı Ermənistan Milli Təhlükəsizlik Xidmətinin istintaq departamentində cinayət işi açılıb.
Alpər Mövludoğlu
Ordu.az