Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, hadisə Aramvir rayonunun Şaumyan kəndində baş verib.
Həmkəndlisi ilə mübahisə edən 25 yaşlı hərbçi iyunun 26-dan 27-nə keçən gecə ürək nahiyyəsindən bıçaqlanıb. 5 gənc kəndli hərbçiyə irad tutublar. Bundan sonra onlar arasında mübahisə yaranıb. Onlardan biri hərbçini bıçaqlayıb. O, dərhal xəstəxanaya yerləşdirilib. Ağır yaralanmasına baxmayaraq, həkimlər onun həyatını xilas ediblər.
Faktla bağlı araşdırma aparılır.
Alpər Mövludoğlu
Ordu.az