20 iyun 2017-ci il tarixdə Qazax rayonu ərazisində saxlanılmış Ermənistan vətəndaşı, 1974-cü il təvəllüdlü Karapetyan Zaven Avanesoviç ölkəsinə təhvil verilib.
Bu barədə
Ordu.az-a Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib.
Bildirilib ki, humanitar proses Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Dövlət Sərhəd Xidməti tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilib.
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Ermənistan
Karapetyan