ABŞ Ermənistana maliyyə yardımını artırır

2019/06/US-CA-1561718335.jpg
Oxunub: 32337     16:37     28 İyun 2019    
ABŞ tərəfindən əlavə maliyyə vəsaitlərinin həyata keçirilməsi məqsədilə 1-12 saylı dəyişikliklər imzalanıb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan hökuməti iyunun 27-də Ermənistan və ABŞ arasında 2019-cu ilin 8 mayında imzalanmış “Daha rəqabətli və diversifikasiya olunmuş özəl sektor ətrafında” yardım razılaşmasının 12 saylı düzəlişinin təsdiq edilməsi haqqında Ermənistan prezidentinin sərəncam lahiyəsini qəbul olunmasına razılıq verib.

Qərarda qeyd edilir:

“Daha rəqabətli və diversifikasiya olunmuş özəl sektorun formalaşdırılması məqsədilə ABŞ hökuməti tərəfindən ABŞ Beynəlxalq İnkişaf Agentliyi vasitəsilə Ermənistan Respublikası hökumətinə yardım göstərilməsi üçün 2010-cu ilin 6 avqustunda “Ermənistan Respublikası hökuməti və ABŞ hökuməti arasında daha rəqabətli və diversifikasiya olunmuş özəl sektor ətrafında yardım edilməsi haqqında” müqavilə imzalanıb.

Bundan sonra ABŞ tərəfindən əlavə maliyyə vəsaitlərinin həyata keçirilməsi məqsədilə 1-12 saylı dəyişikliklər imzalanıb. ABŞ tərəfindən təmin edilən maliyyə yardımlarının ümumi məbləği hazırda 73,255 milyon dollar təşkil edir”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ-Ermənistan   Maliyyə-yardımı  


Bizi "telegram"da izləyin