Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Jamanak” nəşri yazıb.
Nəşr qətiyyətlə bildirir ki, Ermənistanın yeni silah növlərini necə alacağı məlum deyil.
“Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri bildirib ki, Ermənistan Rusiyada baş tutmuş “ARMY-2019” hərbi-sənaye sərgisi çərçivəsində yeni hücum silahlarının alınması üçün müqavilələr imzalayıb. Yeni silah növlərinin alınması üçün Ermənistanın maliyyə krediti ilə, yoxsa nəğd pulla ödəniş edəcəyi məlum deyil.
Məlum olduğu kimi, Tonoyan bəyan edib ki, Ermənistan 4 ədəd çoxfunksiyalı Su-30 SM hərbi təyyarələrinin əldə olunması üçün ödəniş edib və bu təyyarələr 2020-ci ilin əvvəlində təhvil veriləcək. İrəvan bunları hərbi hava üstünlüyü konsepsiyası çərçivəsində əldə edir”, - deyə nəşr vurğulayır.
“Jamanak” qeyd edir ki, bu görüşdən sonra Paşinyan Ermənistanın yeni silah növləri ilə təmin olunması məsələsini Putinlə müzakirə edib.
“Sual yaranır ki, hazırda hansı silah növlərinin əldə olunmasından söhbət gedir. Məlumdur ki, bir neçə gün bundan əvvəl Sankt-Peterburqda iqtisadi forum çərçivəsində Putin-Paşinyan görüşü baş tutdu. Bu görüşdən sonra Paşinyan Ermənistanın yeni silah növləri ilə təmin olunması məsələsini Putinlə müzakirə etdiyini bildirib.
“Burada söhbət “kiçik olmayan” silah növlərindən gedir”,- deyə Paşinyan əlavə edib.
Burada daha bir sual meydana gəlir ki, Tonoyanın Moskva səfəri zamanı məhz həmin bəyanatı nəzərdə tutan müqavilə imzalanıb? Hər halda, söhbət 80-ci illərin silahlarından yox, müasir hücum silahlarından gedir.
Növbəti diqqət yetirməli hadisə Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin Vaşinqtonda baş tutmuş görüşüdür. Görüşlə bağlı detallar məlum deyil. Azərbaycan vəziyyətin və ya status-kvonun idarə edilməsi, eləcə də növbəti sabitliyin təmin olunması məsələsində kifayət qədər incə xəbərdarlıq nümayiş etdirir. Status-kvonun idarəetmə mexanizmi hərbi-siyasi və hərbi-texniki balansla birbaşa əlaqəlidir. Bu balansın təmin olunması üçün Ermənistanın hərbi-texniki imkanlarının geniş şəkildə moderləşdirilməsi olduqca vacib məsələdir. Digər bir diqqətə çatdırılmalı məsələ isə sözün əsl mənasında bu silahların nə qədər qiymətə başa gələcəyi məsələsdir”,- deyə erməni nəşri vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az