Mamicanyan əsəbləşdi: “Müharibə aparan ölkənin TŞ rəhbəri beynəlxalq platformalarda Qarabağdan danışmır”

2019/06/Hayk--1561704006.jpg
Oxunub: 21247     14:01     28 İyun 2019    
“Kim Kardaşyan bizim turizm komitəmizin rəhbəri deyil ki, onların fəaliyyəti nəticəsində turizm sahəmiz inkişaf etsin”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan “Respublikaçılar” partiyasının gənclər təşkilatının rəhbəri Hayk Mamicanyan “Facebook” səhfəsində yazıb.

Onun sözlərinə görə, Kim Kardaşyanı Ermənistan Turizm Komitəsinin rəhbəri kimi təqdim etmək biabırçılıqdır.

“Müharibə aparan ölkənin Təhlükəsizlik Şurasının rəhbəri beynəlxalq platformalarda çıxışı zamanı Qarabağdan danışmır. O, bu platformalarda az danışmaq bir yana, ümumiyyətlə danışmır. Biri bu oğlanı başa salsın. Nə o, nə də Kim Kardaşyan bizim turizm komitəmizin rəhbəri deyil ki, onların fəaliyyəti nəticəsində turizm sahəmiz inkişaf etsin”, - deyə Mamicanyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan    


Bizi "telegram"da izləyin