Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, ağır güllə yarası almış müqaviləli erməni hərbi qulluqçu şikayətçi olmadığını bildirib.
İlkin istintaq məlumatlarına görə, “N” saylı hərbi hissənin Baş leytenant rütbəli tabor komandiri axşam vaxtı döyüş mövqeyinin sığınacağında AKM tipli avtomatı təmizləyərəkən silahla davranış qaydalarını pozub.
Qeyd edilən şəxs silahı boşaltmadan və darağındakı gülləni yoxlamadan onu təmizləməyə başlayıb. Ani ehtiyatsızlıq nəticəsində açılan atəş ikinci mərtəbədə yatmış çavuş rütbəli müqaviləli hərbi qulluqçu Harutyunyana dəyib. Qeyd olunur ki, güllə onun qarın boşluğuna dəyib.
Baş vermiş hadisəyə görə, erməni baş leytenanta qarşı Cinayət Məcəlləsinin 373-cü maddəsinin 2-ci hissəsi ilə cinayət işi açılıb. İttiham irəli sürülən şəxsə qarşı ehtiyat tədbiri kimi onun nəzarətə alınması və cinayət işinin məhkəməyə göndərilməsi təyin edilib.
Alpər Mövludoğlu
Ordu.az