Ermənistanda hərbi təşkilatın sədri mandatından imtina edəcək

2019/06/345-1561701236.jpg
Oxunub: 30456     12:32     28 İyun 2019    
“Mikayelyanın son zamanlar parlamentin iclaslarında iştirak etməməsi jurnalistlərin diqqətindən qaçmır”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb.

Nəşrin məlumatına görə, hər şey Mikayelyanın Abovyanda Kotayk vilayətinin qubernatoru Petrosyanın namizədliyini müdafiə etməməsindən başlayıb.

““Mənim addımım” fraksiyasının deputatı, “Yerkrapah” hərbi təşkilatının sədri Sasun Mikayelyanın son zamanlar parlamentin iclaslarında iştirak etməməsi jurnalistlərin diqqətindən qaçmır. Deyirlər, olduqca incik və qəzəblidir.

Hər şey Mikayelyanın Abovyanda Kotayk vilayətinin qubernatoru Romanos Petrosyanın namizədliyini müdafiə etməməsindən başladı. Son zamanlar mətbuat rəhbəri də bizimlə müsahibəsi zamanı bu məsələnin “Siyasi Müqavilə” partiyasında müzakirə ediləcəyini inkar etmirdi. Mikayelyan “Yerkrapah”ın sədri seçilməsinə qədər “Siyasi Müqavilə” partiyasının fəaliyyətdə olan idarəsinin sədri olmasına baxmayaraq, həmin təşkilatın yeni idarə heyətinin tərkibində gözlənilmədən yer almayıb”, - deyə erməni nəşri bildirir.

“Past”ın məlumatında bildirilir ki, o, dar çərçivədə yaxın gələcəkdə öz deputat mandatını “üzlərə atacağını” bildirib.

“Dünən heç kəs deputatla əlaqə saxlaya bilməyib. Onun telefonuna zəng çatmayıb. Məlumatı dəqiqləşdirmək üçün səlahiyyətli şəxslərlə əlaqə yaratmağa cəhd etdik. Ermənistan parlamentinin “Mənim addımım” fraksiyasının rəhbəri Lilit Makunts telefon zənglərinə cavab vermədi, qəbul mərkəzindən isə bildirildi ki, o, məşğuldur (görüşdədir). Nədənsə fraksiyanın sözçüsü Hakob Mimidyan da məşğul idi.

“Siyasi Müqavilə” partiyasının idarə heyətindən yalnız parlamentin deputatı Vahaqn Hovakimyanla əlaqə saxlamaq mümkün oldu və o, belə cavab verdi: “Bu suala cavab verə bilmərəm, buna baxmayaraq hesab edirəm ki, bu absurddur. Suala yalnız cənab Mikayelyan aydın cavab verə bilər”, - deyə “Past” qeyd edir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin