Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.
Nəşrin məlumatına görə, Ermənistan parlamentinin “Mənim addımım” fraksiyasının deputatı Anna Karapetyan “Təhlükəsizlik Şurasının formalaşdırılması və fəaliyyəti haqqında” qanun lahiyəsinə dəyişiklik edilməsi təşəbbüsü ilə çıxış edib.
“Qanun lahiyəsinin 3-cü maddəsinin 1-ci hissəsinə əsasən, Baş nazir, Baş nazirin birinci müavini, Baş nazirin müavinləri, Təhlükəsizlik Şurasının rəhbəri, Müdafiə naziri, Xarici İşlər naziri, Milli Təhlükəsizlik Xidmətinin direktoru, Polis rəisi, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Təhlükəsizlik Şurasının üzvləridir. Həmin qanun lahiyəsinin 4-cü maddəsinin 3-cü hissəsinə əsassən, Təhlükəsizlik Şurasının iclaslarında Baş nazirin dəvət etdiyi digər şəxslər də iştirak edə bilərlər.
Artıq parlamentin yeddinci toplanışı zamanı hakim fraksiyanın deputatı müvafiq dəyişiklik edilməsi ilə çıxış edib və Ermənistan parlamenti sədri Təhlükəsizlik Şurasının iclaslarında iştirak etməsi üçün qanun layihəsinin imzalanmasını istəyir”, - deyə nəşr qeyd edir.
Xatırladaq ki, sözügedən lahiyə mayın 30-da Ermənistan parlamentinə təqdim olunub.
Alpər Mövludoğlu
Ordu.az