Naxçıvanda Hərbi Orkestrin konserti olub - FOTOLAR

2019/06/16921-1561637694.jpg
Oxunub: 31707     16:13     27 İyun 2019    
Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyinin qarşısında Əlahiddə Ümumqoşun Ordunun Nümunəvi Hərbi Orkestrinin konserti olub.

Ordu.az xəbər verir ki, konsert Azərbaycan Respublikasının Silahlı Qüvvələri Gününə həsr edilib.


Əvvəlcə Nümunəvi Hərbi Orkestrin ifasında Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Sonra Hərbi orkestr marşlar və hərbi mahnılar ifa edib. Naxçıvan şəhərinin sakinləri və qonaqlar tərəfindən izlənilən ifalar tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Qeyd edək ki, 26 İyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü hər il muxtar respublikada təntənə ilə qeyd edilir. Bu münasibətlə keçirilən tədbirlərdə xalqla ordunun vəhdəti bir daha nümayiş olunur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Naxçıvan   Hərbi-orkestr  


Bizi "telegram"da izləyin